FHN-in Maddi-Texniki Təchizat İdarəsinin ərazisində 100-dən çox ağac əkilib
Bakı, 11 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsi tərəfindən “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İdarədə təşkil olunan ağacəkmə aksiyasında idarənin əməkdaşları iştirak edib.
Aksiyanın keçirilməsində əsas məqsəd Azərbaycanda təbii mühitin, o cümlədən meşə ehtiyatlarının qorunmasını hər zaman diqqətdə saxlamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə verməkdir. Eyni zamanda, məqsəd ümumilikdə ətraf mühitin qorunması hissini aşılamaqdan ibarət olub.
Aksiyada müxtəlif növdə 100-dən çox ağac əkilib.