FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
Bakı, 10 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzi “Yüksəklikdən zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd xilasetmə işlərinin təşkili və həyata keçirilməsi qaydaları, o cümlədən əməliyyat şəraitinin operativ qiymətləndirilməsi, kəşfiyyatın aparılması, hündürmərtəbəli binalardan zərərçəkmişlərin xilas olunması üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə əməliyyatı zamanı idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər şərti qəza baş vermiş binada əməliyyat şəraitinə uyğun olaraq operativ kəşfiyyat işləri apararaq aşkar olunmuş “zərərçəkmişləri” təxliyə edib, onlara “təxirəsalınmaz ilkin yardım göstərib”, həmçinin qarşıya qoyulmuş digər tapşırıqları uğurla icra ediblər.
Yekunda təlimin nəticələri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.