CƏMİYYƏT
FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin növbəti qrupu ölkəmizə yola düşüb
![](/files/galleryphoto/2023/1/1200x630/1677759815761538667_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/167775981511092111_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16777598153726748859_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16777598156390115673_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16777598151207937963_1200x630.jpg)
Bakı, 2 mart, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin növbəti qrupu bu gün təyyarə ilə Adana hava limanından Bakı şəhərinə yola düşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, xilasetmə qüvvələri hava limanından İmamoğlu rayonunun rəhbəri Mehmet Aksu, Türkiyənin Xarici İşlər Nazirliyindən fövqəladə və səlahiyyətli səfir Ayşe Saraç və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) nümayəndəsi Cumhur Özkaptan yola salıblar.
Türkiyəli rəsmilər FHN-in çevik xilasetmə qüvvələrinin hadisə bölgəsindəki fəaliyyətlərini yüksək peşəkarlıqla həyata keçirdiklərini qeyd edib, xilasedicilərin dağıntılar altında qalmış insanların xilas olunması üçün böyük fədakarlıq göstərdiklərini bildiriblər.
Rəsmilər göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür ediblər.