Azərbaycan Dövlət İnformasiya Agentliyi

Firəngiz Mütəllibova: Hər fəslin gəlişi mənə Şuşanı xatırladırdı

Bir anda sanki sehrləndim, xatirələrimdə boğuldum... Gözlərim yaşardı, kənara çəkilib uşaq kimi ağlamağa başladım...

Bakı, 26 oktyabr, Samir Behbudov, AZƏRTAC

Ömrünün dörd on ilini sənətə, səhnəyə həsr edən, bu işə könül verib, onu varlığı qədər sevən istedadlı sənət adamlarındandır Firəngiz Mütəllimova. Uzun illər bir-birindən maraqlı çox obrazlar yaradıb, yaxın, uzaq məmləkətlərdə Azərbaycan mədəniyyətini layiqincə təmsil edib. Ən böyük qazancı tamaşaçı alqışı, tamaşaçı sevgisi olub. Ömrünün 30 ilini Şuşasızlığın ağrısı, acısı ilə keçirsə də, heç vaxt ümidini itirməyib. Tez-tez yuxularında gördüyü doğma Şuşasına bir gün mütləq qayıdacağına inanıb. Böyük Qələbəmizin birinci ildönümü ərəfəsində AZƏRTAC-ın müxbiri sevimli aktrisa ilə görüşüb, söhbət edib. Onunla müsahibəni təqdim edirik.

- Uzun illərdi səhnədəsiniz, yaratdığınız maraqlı obrazlarla tükənməz tamaşaçı sevgisi qazanmısınız. Canlandırdığınız obrazları taleyinizin bir parçası hesab edirsinizmi? Həyatınızdakı hadisələrlə oynadığınız obrazlar arasında bir oxşarlıq, uyğunluq olubmu?

- Sənətə gəldiyim ilk gündən özüm olmağa çalışmışam. Yəni canlandırdığım obrazlarda özümü görsəm də, hansısa bir obraz sırf mənim həyatım barədədir desəm, yanılaram.

Çalışdığım Azərbaycan Dövlət Akademik Milli Teatrı otuz ilə yaxındır ki, İlyas Əfəndiyevin “Qarabağnamə” tamaşası ilə teatr mövsümünü açır və bu artıq ənənə halını alıb. Orada canlandırdığım “Tubu xanım”, yəni Qarabağ xanımı obrazını 30 ildən çoxdur ifa edirəm. O tamaşada Qarabağımızla, şəhidlərimizlə bağlı dediyim sözləri indi ruhən, qəlbən daha yaxşı hiss edirəm. İnşallah, bu tamaşanı Şuşada mütləq təqdim edəcəyik.

- Səhnə fəaliyyətinizdə sevilən və yadda qalan obrazlar çoxdur. Xüsusilə tamaşaçılar sizi “Səni axtarıram” televiziya tamaşasında Gülnar obrazı ilə daha çox sevirlər... Bu obrazla sizi nə birləşdirir?

-Teatrda çox maraqlı obrazlarım olub, lakin o zamanlar televiziyada yalnız bir kanal olduğu üçün “Səni axtarıram” tamaşasında Gülnar obrazı ilə daha çox yadda qaldım. Gülnar mənim xasiyyətimə zidd olan bir obrazdır. Məsələn, mən heç vaxt ərkəsöyün olmamışam, zəngin ailəm olmayıb, yəni Gülnarın yaşadığı o təmtəraqlı həyatı yaşamasam da, canlandırdığım obrazı o qədər çox sevirdim ki, özümü daxilən Gülnar hiss edirdim. Mənə bu gün də Gülnar deyə müraciət edənlər var.

Bundan başqa, İlyas Əfəndiyevin “Bizim qəribə taleyimiz” tamaşasında narkoman bir qızın həyatından bəhs edən “Mələk” obrazı var. Mən Mələyi, o qədər böyük həvəslə canlandırırdım ki, Türkiyədə qastrol səfərimizdə onun dilindən söylədiyim monoloqu ayaqüstə alqışladılar.

- Sizin üçün teatr, yoxsa kinoda rollar yaratmaq daha rahatdır?

- Mənim üçün həmişə ən vacibi teatr olub. Oranı ikinci evim hesab etmişəm, teatra daha çox öyrəşmişəm. Teatrın hər bir səhnəsinin sanki özünəməxsus bir qoxusu var. Teatr canlı sənətdir, orada bir ciddi intizam var. Mənim üçün əsas teatrdı. Mən gənc olanda paralel bir neçə tamaşada məşq edirdim və filmlərə çəkilməyə çox vaxtım olmurdu. Ancaq "Bəyin oğurlanması", “Qaçaq Nəbi”, “İşarəni dənizdən gözləyin”, “Atları yəhərləyin”, “Mənim ağ şəhərim” və sair filmlərə çəkilmişəm.

- Firəngiz Mütəllimova bu sənət üçün nələr qurban verib?

- Doğrudur, sənət qurban tələb edir, amma mən bu sənət üçün qurban verdiyim yalnız səhhətim olub. Daima çalışmaq, oynamaq, qastrollarda olmaq, saatlarla ac qalmaq, soyuq məkanlarda məşq eləmək, soyuq yerdə oturmaq, açıq havada tamaşa canlandırmaq, şəraitsiz yerdə qalmaq və sair. Ancaq bir daha dünyaya gəlsəydim, bu qədər əziyyətli sənət olmasına baxmayaraq, yenə də aktrisalığı seçərdim. Bu sənəti çox sevirəm. Çünki səhnə sənət adamını yaşadır. Biz səhnə ilə nəfəs alırıq. Tamaşaçı sevgisi, alqışlar isə bizim ən böyük mükafatımızdır. Hazırda pandemiya ilə əlaqədar əvvəlki kimi tamaşalar oynamıram. Teatrda iki tamaşanı bitirdikdən sonra mükəmməl bir ana obrazı ilə teatrsevərlərin görüşünə gələcəyəm.

- Firəngiz xanım, siz əslən Şuşalısınız. Şuşa xatirələriniz, Şuşasız keçən illər və nəhayət ki, möhtəşəm Qələbəmiz... Şuşanın azad olunması ilə bağlı fikirləriniz maraqlı olardı.

- Otuz ilə yaxındır demək olar ki, tez-tez Şuşanı, atamla anamı, evimizi yuxularımda görürdüm. Ürəyimdə daim Şuşaya qayıdacağımız günü düşünürdüm. Hər fəslin gəlişi mənə Şuşanı xatırladırdı. Anamla atam Şuşa deyərək, o həsrətlə dünyadan köçdülər. Hətta mən bir dəfə anama bənövşə gətirmişdim. Dedim ki, qoy onun qoxusu sənə Şuşanı xatırlatsın. O, kövrəldi və sakitcə başını yelləyərək “Şuşada yetişən bənövşənin ətri başqadır” dedi.

Mən uşaq olarkən Şuşadakı Yuxarı Gövhərağa Məscidi o vaxt muzey kimi fəaliyyət göstərirdi. Orada Şuşanın görkəmli şəxsiyyətlərinə, eləcə də şəhərin tarixinə aid qədim eksponatlar, əşyalar, əl işləri vardı. Mən hər gün o muzeyə gedirdim. Muzeyin direktoru bizimlə üzbəüz evdə yaşayırdı, rəhmətlik atamı görəndə deyirdi ki, sənin qızın hər gün muzeyə gəlir. Gülə-gülə deyirdi ki, nə var axı burada, həftədə bir dəfə gəlsin, daha hər gün niyə gəlir. İndi düşünürəm ki, məni ora çəkən ilahi bir qüvvə, bir cazibə varmış. Elə bilirdim mən muzeyə gedirəm, əslində isə mən məscidə gedirdim.

Biz Şuşasız çox çətin və ağır günlər keçirdik. Qismət elə gətirdi ki, mayın 12-də, anamın doğum günündə, müqəddəs Ramazan bayramı zamanı Şuşaya getdim. Mən Şuşaya girərkən “Yeddi dolama” adlanan yola çatdıq, uzaqdan Şuşanı görəndə bir anda sanki sehrləndim, xatirələrimdə boğuldum... Gözlərim yaşardı, kənara çəkilib uşaq kimi ağlamağa başladım. Çox qəribə və ağır hisslər keçirdim...

Cıdır düzündə əyilib Vətən torpağının o xoş qoxusunu içimə çəkdim. Torpaq qoxusu-dünyanın ən gözəl ətri kimi gəldi burnuma. Orada əsgərlərimizin ayaq izləri vardı. Elə bil onların hamısı mənim yanımdan ruh kimi keçdilər. Bir möhtəşəmlik yaşayırsan, bir müqəddəslik yaşayırsan, o hiss başqa hissdir. Mən bütün şəhidlərimizin qarşısında dərin hörmətlə baş əyirəm...

"Xarıbülbül" musiqi festivalı çox möhtəşəm keçdi. Ulu öndər Heydər Əliyevin videolentini dinləyəndə kövrəldim. Mən heç vaxt unutmaram, Ulu Öndərimiz ikinci dəfə xalqın istəyi ilə siyasi hakimiyyətə gələndə, atam çox ağır xəstə idi. Onun televizordakı çıxışını izləyirdim. Atam yataqdan qalxaraq televizora yaxınlaşdı və bir az çıxışı dinlədikdən sonra: “Bizim xilaskarımız gəlib. Biz Şuşaya qayıdacayıq!”, - dedi.

Prezidentimiz Şuşanı azad elan edəndə, elə həvəs, elə sevinc hissi yarandı ki, sözlə təsvir etməkdə çox acizəm. Bu tarix, bu "Dəmir yumruq" gələcək nəsillər üçün rəmzi məna daşıyacaq, əbədi sevinc mənbəyi olacaq. "Dəmir yumruq" “Koroğlu” dastanına dönəcək. Onunla bağlı çoxlu tamaşalar, filmlər hazırlanacaq, möhtəşəm ssenarilər yazılacaq...

-Maraqlı müsahibəyə görə çox sağ olun.

 

 

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp telefonda Ukrayna, İran və ikitərəfli münasibətləri müzakirə ediblər

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb