“Fitch” Latviyanın reytinqini “A-” səviyyəsində təsdiq edib
Riqa, 15 aprel, AZƏRTAC
“Fitch” agentliyi Latviyanın uzun müddətli xarici valyutada emitent defolt reytinqini “A-” sabit olaraq təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, Latviyanın yüksək kredit dərəcəsini dəstəkləyən əsas amillər kimi “Fitch” ölkənin maliyyə gücünü, həmçinin institusional sabitliyini və Avropa Birliyində üzvlüyünü əsas götürüb. Sakinlərin aşağı gəlirləri, eyni zamanda, oxşar kredit reytinqi olan digər ölkələrlə müqayisədə ümumi daxili məhsulun və xarici borcun daha yüksək qeyri-sabitliyi Latviyanın əsas problemləri kimi müəyyən edilib.
“Fitch” qeyd edib ki, Latviya iqtisadiyyatı ötən il 4,8 faiz artıb və bu, yeddi il ərzində ən yüksək artım olub. Cari və 2020-ci ildə ölkə ÜDM-nin 3,1 faiz artacağı da proqnozlaşdırılıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]
Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib
- 05.06.2026 [13:29]