“For Azerbaijan” Beynəlxalq Xeyriyyə təşkilatının uğurlu layihəsi yekunlaşıb
Bakı, 1 may, AZƏRTAC
Müxtəlif ölkələrdə uğurlu karyera qurmuş həmvətənlərimizin yaratdıqları “For Azerbaijan” Beynəlxalq Xeyriyyə təşkilatının daha bir uğurlu layihəsi başa çatıb.
“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatından AZƏRTAC-a bildiriblər ki, bu dəfə təşkilatın xətti ilə 373 soydaşımız tərəfindən ianə edilmiş 13 min 257 dollarla 20 xanım tələbənin təhsil haqqı ödənilib.
“Bir xanımın təhsil alması gələcəkdə həm savadlı bir qadın, həm də dünyagörüşlü ana deməkdir. İanə edən hər kəsə təşəkkürümüzü bildiririk”, - deyə təşkilatın layihələr üzrə direktoru Elnur Kələntərov öz feysbuk hesabında qeyd edib.
Xatırladaq ki, təşkilat Azərbaycanda bir sıra dövlət və özəl qurumların iştirakı ilə müxtəlif layihələr həyata keçirib. İlk belə layihə 2021-ci ildə şəhid övladları üçün “Qaliblər düşərgəsi” olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [19:29]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:24]
Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib
- 10.06.2026 [18:53]
“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub
- 10.06.2026 [17:59]