Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

“Forbes”: İqlim böhranı məktəblilərə yaxşı təhsil almağa mane olur

“Forbes”: İqlim böhranı məktəblilərə yaxşı təhsil almağa mane olur

Bakı, 11 sentyabr, AZƏRTAC

Məktəblilər iqlim dəyişikliyinə ən həssas kateqoriyalardan biridir. Onların rifahı böyüklərin məktəbdə təhsilini necə təşkil etməsindən asılıdır: məktəbin harada yerləşməsi, sinifdə istilik və ya kondisionerin olub-olmaması, dərslərin və buraxılış imtahanlarının nə vaxt başlaması. “Forbes” hava şəraitinin təhsil prosesinə təsirinin ən parlaq nümunələrini toplayıb.

AZƏRTAC xəbər verir ki, 2024-cü ildə on yaşlı uşaq 1970-ci ildəki yaşıdlarına nisbətən daha çox sayda hava anomaliyası ilə üzləşəcək. O, 36 dəfə daha çox ekstremal hadisələrlə üzləşir: daşqınlar, tropik siklonlar, meşə yanğınları və quraqlıq. Son 20 ildə pis hava şəraiti 75 faiz hallarda məktəblərdə təhsilin dayandırılması ilə nəticələnib. Belə olan halda şagirdlərin bilik boşluqlarını düzəltmək çətin olur. Hava tez-tez dəyişəndə məktəblilər tez-tez xəstələnir, temperaturun və yağıntının miqdarının dəyişməsi münaqişə və zorakılıq riskini 14 faiz artırır ki, bu da şagirdlərin münasibətlərini gərginləşdirir.

Dünya Bankının hesabatında qeyd olunur ki, təbii fəlakətlərin tezliyinin artması fövqəladə hallar zamanı təhsil sisteminin sıradan çıxmasına gətirib çıxarır, həmçinin uzunmüddətli perspektivdə məktəblilərin biliyinin keyfiyyətinə mənfi təsir göstərir.

Bu ilin aprel ayında Banqladeş və Filippində 36 milyondan çox məktəbli həddindən artıq istilər səbəbindən təhsil müəssisələrinə getməyib. Ətraf mühitin temperaturu 42 dərəcəyə çatıb. 2024-cü ilin may ayında isə Yeni Dehli məktəbliləri yay tətilinə həmişəkindən bir neçə gün tez gediblər. Bunun səbəbi temperaturun 50 dərəcəyə çatdığı son dərəcə güclü istilik dalğası olub.

İyunun ortalarında, yəni qrafikdən iki həftə əvvəl Kiprdə məktəblər bağlanıb. Sinif otaqlarında istilik 40 dərəcəyə çatıb. Temperatur anomaliyasından sonra adanın Təhsil Nazirliyi bir neçə il əvvəl ləğv edilmiş məktəblərin kondisionerlə təchiz edilməsi proqramını bərpa edəcəyinə söz verib. Litvada bir sıra məktəblərdə dərs ilinin başlanması bir neçə gün təxirə salınıb. Sanitariya normalarına görə, sinif otağının temperaturu 28 dərəcədən çox olmamalıdır, lakin bu sentyabrda otaqlar daha çox istiləşib, əksər məktəblərdə kondisioner yoxdur, buna görə də gün ərzində “hamamdakı kimi” isti olub.

İqlim dəyişikliyi Avstraliyada meşə yanğınları mövsümünü və onların şiddətini artırıb. 2009-cu ildə meşələrdə baş verən yanğın fəlakəti “Qara şənbə yanğınları” kimi tanındı. Yanan meşələrdən çıxan tüstü və kül səbəbindən ibtidai məktəblər bağlanıb. On il sonra, 2019-cu ildən 2022-ci ilə qədər qitədə hər il anormal miqyasda meşə yanğınları baş verib. Eyni zamanda, şagirdlər adi həyat ritminin dəyişməsi ilə əlaqədar emosional travma alıblar, bu, aztəminatlı ailələrdən olan uşaqların və əlillərin normal həyata qayıtması çox çətin olub.

Bu problemə görə ABŞ-da məktəblilərin təhsil nəticələrində 15 faizlik pisləşmə qeydə alınıb. Alimlər uşaqlıqda uzun müddət tüstüyə məruz qalmış milyonlarla yetkinin gələcək əməkhaqqının meşələrdən uzaqda yaşayan həmyaşıdlarından 1,7 milyard dollar (adambaşına 111 dollar) az olacağını proqnozlaşdırır. Kaliforniyada bəzi məktəblər ildə beş dəfə yanğınlar səbəbindən bağlanır və məktəbsiz günlər 2000-ci illərin əvvəllərində olan bir neçə gündən 2015-ci ildən bəri üç həftəyə qədər artıb. Dumanlı havanın keyfiyyətini bir növ yaxşılaşdıra bilən ağacların az olduğu yoxsul ərazilər daha həssas vəziyyətdədir. Bundan əlavə, tənəffüs və ürək-damar sistemlərinin xroniki xəstəlikləri olan uşaqlar daha çox əziyyət çəkirlər.

“Maria” qasırğası 2020-ci ildə Puerto-Rikonu vurub və geniş dağıntılara, elektrik və rabitə sistemlərinin dağılmasına səbəb olub. Burada da məktəblər fəaliyyətini dayandırıb. Eyni zamanda, şagirdlərin əsas hissəsini çox aztəminatlı ailələrin uşaqları təşkil edirdi. Qasırğadan sonra əkinçi ailələrinin oğlanları ailələrinə kömək etmək üçün dərsdən yayınmağa və ya məktəbi tərk etməyə başladılar. Davamlı təbii fəlakətlər uşaqların psixi vəziyyətinə təsir edir. Burada məktəblilər fəlakət zamanı yeməklərini corablarında gizlədir, yoldan keçən yük maşınlarının gurultusundan və yağışdan qorxurlar. Tez-tez siniflərin ləğvi və yoxsulluq əyalətdəki ibtidai məktəb şagirdlərinin yalnız 1 faizinin ABŞ-da təhsil nisbəti meyarına cavab verməsi anlamına gəldi.

Rusiyada tufan və qasırğaların təsirinə ən çox həssas olan ərazilərdən biri Uzaq Şərq regionudur.

Avstraliyanın Çarlz Sturt Universitetindən Brendon Hindman deyir ki, həddindən artıq soyuq, yağıntı, qar və küləyin məktəblərə təsiri istinin təsirindən daha az öyrənilib. Üstəlik, çox aşağı temperatur səbəbindən məktəblərin bağlanma ehtimalı, məsələn, ABŞ-da, istidən olduğundan 20 dəfə yüksəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

Rövşən Abdullaoğlu: Biz istər müsbət, istərsə də mənfi tərəflərimizi bir kitaba borcluyuq

Superliqa: “Qalatasaray” qalib gəlib, “Beşiktaş” xal itirib

Premyer Liqa: “Çelsi” heç-heçə edib, “Tottenhem” məğlub olub

Misli Premyer Liqası: “Qarabağ” turun son oyununda “Sumqayıt”ı məğlub edib

MN: Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

Qazaxıstanda AES ilə bağlı referendumda ilkin iştirak göstəriciləri açıqlanıb

“Kür” və “Azəryol” komandaları avrokuboklarla vidalaşıb

Ceyhun Bayramov Rusiyaya işgüzar səfər edib

İtaliyada “Boeing” üçün hissələr istehsal edən iki şirkətdə araşdırmalar aparılıb

Əməkdar rəssam Rza Avşarın yaradıcılıq sərgisi açılıb

Misli Premyer Liqası: “Turan Tovuz” “Zirə”ni məğlub edib

Taksi sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi imtahanı keçirilib

Belqradda keçiriləcək “Expo 2027” sərgisinin loqosu olan təyyarə təqdim edilib

Tarik Slaiki: Azərbaycanda olmaq bizim üçün böyük və xüsusi məna daşıyır

Kür çayında batan Kəlbəcər sakininin meyiti tapılıb

Atlantik okeanında tüğyan edən Kirk qasırğası həftə ərzində Almaniyanın qərb əyalətlərinə çatacaq

X Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Rövşən Abdullaoğlunun oxucularla görüşü keçirilib

Daşkəsəndə yeniyetmə qız dəm qazından zəhərlənib

Bakıda Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası baş tutub

Avropa Kuboku: “Qarabağ” növbəti mərhələyə yüksəlib

Məsqət Beynəlxalq Kitab Sərgisinin rəhbəri AZƏRTAC-ın stendini ziyarət edib

Göyçayda şəhidlərə həsr edilmiş kitabın təqdimatı keçirilib

Aktotı Raimkulova: Türk müəlliflərinin əsərlərinin başqa dillərə tərcüməsi mühüm təbliğat vasitələrindən biridir

Ceyhun Məmmədov: Bu cür sərgilərin keçirilməsi mütaliəyə olan marağın artırılmasına böyük töhfədir

İşğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi əsas istiqamətlərdən biridir VİDEO

Bosniya və Herseqovinada yerli seçkilər keçirilir

Naxçıvanda ümumtəhsil müəssisələrinə direktor vəzifəsi üçün test imtahanı keçirilib

Naxçıvanda növbəti “tullantıları ekoçantaya dəyiş” aksiyası keçirilib

Qazaxıstanda AES tikintisinə dair referendum baş tutmuş hesab olunub

Romada Fələstinə dəstək yürüşü iğtişaşlarla nəticələnib

Yazıçı Elxan Elatlının “Ölümsüz qətl” romanının təqdimatı olub

DİM: Peşə tanınması üzrə imtahanda 149 nəfər uğur qazanıb

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı təşkil edilib

X Bakı Beynəlxalq Kitab Sərgisində “Üşüyən küçələr” kitabının təqdimatı keçirilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Məzahir Pənahov: Azərbaycanın böyük nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edir

Qətər Dövlətinin Mədəniyyət Nazirliyinin nümayəndəsi AZƏRTAC-ın stendini ziyarət edib

Kiyevə kütləvi hava hücumu olub və 12 saat davam edib

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq

Vətən müharibəsinin xronikası: 6 oktyabr VİDEO

Gəncə teatrı beynəlxalq festivalda təmsil olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

AMEA prezidenti: Honkonq Kore Akademiyası ilə əməkdaşlıq üçün geniş imkanlar var

Naxçıvanda “İqlim dəyişikliklərinin sağlamlığa təsiri” mövzusunda konfrans keçirilib

FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir VİDEO

Tokayev: Beynəlxalq konsorsium Qazaxıstanda AES-in tikintisi ilə məşğul ola bilər

Qazaxıstanda referendum keçirilir

Buzovnada ata və oğul üç nəfəri bıçaqlayıb

Qladiatorların qida rasionunda ağac külü də yer alıb

Donald Tramp sui-qəsdə məruz qaldığı yerdə yenidən seçiciləri ilə görüşüb

La-Manş boğazını keçməyə çalışan dörd miqrant həyatını itirib

İki isveçli Danimarkada terror cinayətlərində şübhəli bilinir

Lənkəranda qəza baş verib, ölən və xəsarət alanlar var

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verirlər

Taksi sürücüləri üçün növbəti imtahan keçirilir

Bu gün 2200-dən çox namizəd dövlət qulluğuna qəbul imtahanı verəcək

İsveç həbsxanalarında ən çox maraq doğuran kitablar məlum olub

Sankt-Peterburqda Azərbaycanın Əməkdar artistinin konserti keçirilib

Seneqal məktəblərində fransız dili yerli dillərlə əvəzlənir

250-dən çox britaniyalı Livandan təxliyə olunub

Givi Mikanadze: Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması məsələsini bütün görüşlərdə qabardırıq

Volodimir Zelenski: Ukrayna üçün sülhə zəmanət ərazi güzəşti olmadan verilməlidir

Bilyana Pantik Pilya: AŞPA monoloq əvəzinə konstruktiv dialoqa üstünlük verməlidir

Qobustan Milli Tarix-Bədii Qoruğu Qazaxıstanın Tanbalı Muzey-Qoruğu ilə birgə seminar keçirib

İnterpolun rəisi: Ölkələr mafiyaya qarşı mübarizədə məğlub olur

Cənubi Koreya ABŞ qoşunlarının saxlanmasına çəkdiyi xərcləri 8,3 faiz artıracaq

Avropa Kuboku: "Kür" komandası Yunanıstan təmsilçisinə məğlub olub

Naxçıvanda payızlıq taxıl əkinlərinə başlanılıb

Azərbaycan XİN: Ermənistan və Fransanın Beynəlxalq Frankofoniya Təşkilatındakı təxribatçı addımları iflasa uğrayıb

Londonda keçirilən etiraz aksiyalarında 15 nəfər saxlanılıb

Misli Premyer Liqası: "Sabah" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib

XV Bakı Beynəlxalq Film Festivalının açılışı olub

Dünyaşöhrətli alman yazıçısı: Şadam ki, yeni kitabım indi Azərbaycanda təqdim olunur

Azərbaycan xarici işlər nazirinin müavini Ankarada siyasi məsləhətləşmələrdə iştirak edib

Cəbrayılda təməli qoyulan fabrikdə ildə 24 milyon ədəd damazlıq yumurta istehsal ediləcək VİDEO

Avropa Kuboku: "Azəryol" Ukrayna klubuna məğlub olub

Bakıda "Beynəlxalq onlayn platforması üzərindən robototexnikanın öyrənilməsi" layihəsinə start verilib

İcma: Fransanın bəsit cəhdləri onun haqsız olduğunu göstərir

Milli Məclisin bir qrup deputatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edib

Azərbaycan Şahmat Federasiyası 2025-ci ilin təqvimini təsdiqləyib

Misli Premyer Liqası: “Səbail” komandası “Şamaxı”ya qalib gəlib

Alman yazıçısı Vulf Dornun oxucularla görüşü və imza saatı keçirilib

Ucarda baş verən yol qəzasında piyada ölüb

Görkəmli qazax yazıçısı Berdibek Sokpakbayevin kitabının Azərbaycan dilində təqdimatı keçirilib

“Standard and Poor’s” regionda ilk dəfə Serbiyaya investisiya kredit reytinqi təyin edib

® Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - Foto

Braziliyalı ekspert: Azərbaycan BRICS çərçivəsində yaşıl enerjinin inkişafında mühüm rol oynaya bilər - MÜSAHİBƏ

X Bakı Beynəlxalq Kitab Sərgisi: Qazaxıstanın dövlət xadiminin kitabı təqdim olunub

Bakıda 22 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb

Azərbaycan Milli QHT Forumu sağlam həyat tərzinin təbliğinə dair silsilə tədbirlərə başlayıb

Cəbrayılda bərpa-quruculuq işləri Azərbaycanın ümumi iqtisadi inkişafına töhfə verəcək ŞƏRH

Fransa Madaqaskarın tələb etdiyi insan sümüklərini qaytaracaqmı?

Azərbaycanın üç gimnastı beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Aİ Çinin elektrik avtomobillərinə rüsumları 45 faizə qaldıracaq

Banqladeş şirkəti Avropaya uçuşları Azərbaycan üzərindən həyata keçirir

Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev AZƏRTAC-ın stendini ziyarət edib VİDEO

Danimarkada məktəblərdə smartfonların istifadəsinə məhdudiyyət tətbiq edilir

“Emirates” aviaşirkətinin təyyarələrində peycer və ratsiyalar daşınması qadağan edilib