“Forbes” reytinqinin ilk onluğunda Çin şirkətləri üstünlük təşkil edir
Bakı, 16 may, AZƏRTAC
Dünyanın ən iri kompaniyalarının “Forbes Global 2000” reytinqinin ilk onluğuna beş Çin, dörd ABŞ və bir Niderland şirkəti daxil olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, siyahının ilk onluğunda Çin kompaniyalarının üstünlüyü həmin reytinqin tarixində ilk dəfə müşahidə edilib.
“Forbes Global 2000” reytinqində ilk yeri Çinin ICBC bank korporasiyası tutub, onun ardınca Amerikanın “JPMorgan Chase” bankı gəlir. Üçüncü və dördüncü yerlərdə “China Construction Bank” və “Agricultural Bank of China” bankları qərarlaşıb. Siyahıda beşinci pillədə “Bank of America” kompaniyasıdır.
ABŞ-ın “Apple” kompaniyası altıncı, Çinin “Ping An Insurance Group” və “Bank of China” kompaniyaları isə müvafiq olaraq yeddinci və səkkizinci yerdədir. Doqquzuncu yeri İngiltərə və Niderlandın müştərək “Royal Dutch Shell” kompaniyası tutur. İlk onluğu Amerikanın “Wells Fargo” bankı qapayır.
2019-cu il reytinqinə ümumilikdə 575 Amerika və 309 Çin kompaniyası daxil edilib. “Forbes” jurnalı dünyanın ən iri kompaniyalarının reytinqini şirkətlərin gəliri, qazancı, aktivləri əsasında tərtib edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2026 [14:06]
Türkiyədə seriallara dövlət dəstəyində yeni mərhələnin başlandığı açıqlanıb
- 28.08.2026 [13:52]
Tokayev Qazaxıstan Qurultayının yeni səlahiyyətlərindən danışıb
- 28.08.2026 [13:42]
Nepalda yeni daşqın təhlükəsi yaranıb
- 28.08.2026 [13:24]
Çində “Saudel” tayfunu ilə əlaqədar 270 min nəfər təxliyə edilib
- 28.08.2026 [13:20]
Fransada küçədə qalan uşaqların sayı artıb
- 28.08.2026 [12:36]
Çinin Tibet bölgəsindəki daşqında ölənlərin sayı artıb
- 28.08.2026 [12:27]
Ayasofya məbədində bərpa işləri aparılır VİDEO
- 28.08.2026 [11:52]
ABŞ Venesuelada neft yataqlarının işlənməsi üçün saziş imzalaya bilər
Bir xəyalın ardınca BDU-ya
- [14:13]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Norveç kralı vəfat edib
- [11:19]
Venesuela OPEC-i tərk edə bilər
- [10:38]
Qurban Qurbanov: İş saatlarımızı artırmalı, daha çox çalışmalıyıq
- 27.08.2026 [23:32]
“Qarabağ” avrokuboklarda mübarizəni dayandırıb YENİLƏNİB 5
- 27.08.2026 [22:51]