Formula 1 Azərbaycan Qran-Prisini 94 min tamaşaçı izləyib
Bakı, 1 may, AZƏRTAC
Aprelin 27-29-da Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinə, həmçinin axşam konsertlərinə ümumilikdə 94 min tamaşaçı baxıb.
AZƏRTAC “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinə istinadla xəbər verir ki, Formula 1-in ən sürətli şəhər halqasında baş tutan ötənilki yarışla müqayisədə bu il ümumi tamaşaçı sayında 31, bilet satışında isə 21 faiz artım qeydə alınıb. Bu il satılan biletlərin 77 faizi yerli azarkeşlərin payına düşür.
Formula 1 üzrə dünya çempionatının 4-cü yarışında iştirak etmək üçün Bakıya gələn əcnəbi azarkeşlərin sayı ötən illə müqayisədə 31 faiz artıb. Mövsümün gözlənilməzliklərlə və həyəcanverici anlarla dolu yarışına şahid olmaq üçün dünyanın 78 ölkəsindən avtoidman həvəskarları Bakıya təşrif buyurublar. Biletlərin təxminən dörddəbiri əcnəbi tamaşaçılar tərəfindən alınıb.
Bakı şəhər halqasında üçüncü dəfə keçirilən yarış azarkeşlərin etimadını doğrulda bilib. Belə ki, həm yarışı yerində canlı, həm də bütün dünyada teleyayım vasitəsilə izləyən milyonlarla tamaşaçı uzun müddət yaddaşlardan silinməyəcək mübarizənin şahidi olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [11:08]
"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət alıb
- 16.09.2026 [10:39]
UEFA Avropa Liqası: Əsas mərhələyə bu gün start verilir
- 16.09.2026 [01:31]
Messi vida matçı üçün Argentina millisinə çağırılıb
- 15.09.2026 [17:51]
Kriştianu Ronaldu “Əl-Nəsr”in ortaq sahibi ola bilər
- 15.09.2026 [16:15]
Azərbaycan millisinin Tacikistanla yoldaşlıq oyununun hakimləri bəlli olub
Bu saata olan əsas xəbərlər
- [12:00]
BMT: Süni intellektlə bağlı risklər təcili tədbirlər görülməsini tələb edir
- 15.09.2026 [23:52]
Fransa borc bataqlığında: artan faizlər ölkənin maliyyə yükünü ağırlaşdırır
- 15.09.2026 [23:09]
Pentaqon: İranla müharibə ABŞ-yə 42 milyard dollara başa gəlib
- 15.09.2026 [22:53]
“Brent” markalı neftin qiyməti 109 dolları ötüb
- 15.09.2026 [22:22]
Gürcüstan mediası Azərbaycan Prezidentinin bəyanatlarını geniş işıqlandırıb
- 15.09.2026 [21:14]