Azərbaycan Dövlət İnformasiya Agentliyi

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri yeni reallığın beynəlxalq ictimaiyyətə birbaşa nümayişidir - ŞƏRH

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri yeni reallığın beynəlxalq ictimaiyyətə birbaşa nümayişidir -  ŞƏRH

Bakı, 16 sentyabr, AZƏRTAC

20 Sentyabr – Suverenliyin Bərpası Günü ərəfəsində beynəlxalq diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin xüsusi siyasi və diplomatik əhəmiyyəti var. Çünki burada söhbət, sadəcə, diplomatların işğaldan azad edilmiş ərazilərə səfərindən getmir. Əsas məsələ ondan ibarətdir ki, dünyanın müxtəlif ölkələrini və beynəlxalq təşkilatları təmsil edən diplomatlar Azərbaycanın yaratdığı yeni reallığı öz gözləri ilə görürlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

Burada bir məqamı xüsusi qeyd etmək lazımdır. Qarabağ və Şərqi Zəngəzur təxminən 30 il Ermənistanın işğalı altında olub. Bu ərazilərdə Azərbaycanın şəhərləri və kəndləri dağıdılıb, infrastrukturlar məhv edilib, tarixi-mədəni və dini abidələrə ciddi ziyan vurulub. Məscidlər dağıdılıb və təhqir olunub, Azərbaycanın mədəni irsinin bir hissəsi ilə bağlı saxtalaşdırma siyasəti aparılıb. Azərbaycan bütün bu illər ərzində beynəlxalq ictimaiyyətə müraciət edib. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad edilməsini tələb edən dörd qətnaməsi qəbul olunub. Amma təəssüf ki, bu qətnamələr uzun illər icra edilmədi. Azərbaycan isə öz gücünə arxalanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu gün isə qarşımızda tamamilə fərqli mənzərə var. Azərbaycan Zəfər qazanmaqla kifayətlənmədi. İşğaldan azad olunmuş ərazilərdə çox böyük bərpa və quruculuq proqramı həyata keçirir. Diplomatların səfərinin əsas əhəmiyyəti də məhz bundadır. Onlar bu prosesi hesabatlardan, şəkillərdən və ya kənar məlumatlardan deyil, yerində görürlər.

Xankəndidə şəhərin necə canlandığını, insanların burada normal həyat sürdüyünü, tələbələrin təhsil aldığını görürlər. Şuşada Azərbaycanın mədəniyyət paytaxtının necə bərpa olunduğunun şahidi olurlar. Kəlbəcərdə isə uzun illər işğal səbəbindən əlçatmaz olan bir bölgənin necə müasir yaşayış və turizm məkanına çevrildiyini görürlər.

İstisu kimi Azərbaycanın məşhur təbii sərvətlərinin yenidən istifadəyə verilməsi də Kəlbəcərin yeni inkişaf mərhələsinin göstəricilərindən biridir.

"Diplomatların səfərlərinin ən təsirli tərəfi başqa bir məqamdır. Diplomatlar görürlər ki, Qarabağda, sadəcə, binalar tikilmir – həyat geri qayıdır. 30 il əvvəl doğma yurdlarından didərgin salınmış insanlar bu gün öz evlərinə qayıdırlar. Məktəblər açılır, sosial obyektlər yaradılır, yollar çəkilir, yeni yaşayış məntəqələri salınır. Yəni Böyük Qayıdış, sadəcə, siyasi şüar deyil, real prosesdir.

Eyni zamanda, Azərbaycanın tarixi-mədəni irsə münasibəti də diplomatların diqqətindən kənarda qalmır. Gəncəsər və Xudavəng monastır kompleksləri kimi tarixi abidələrin qorunması Azərbaycanın bu torpaqlarda mövcud olan mədəni irsə münasibətini nümayiş etdirir. Burada çox maraqlı bir müqayisə yaranır. Ermənistanın 30 illik işğalından sonra Azərbaycan nə ilə qarşılaşdı? Dağıdılmış şəhərlər, kəndlər, infrastrukturlar və talan edilmiş ərazilərlə. Azərbaycan isə bu torpaqları geri qaytardıqdan sonra nə edir? Yenidən qurur, bərpa edir, insanların qayıdışı üçün şərait yaradır və bu əraziləri gələcəyə hazırlayır. Bu fərqi diplomatların öz gözləri ilə görməsi çox vacibdir. Çünki bu gün Azərbaycana qarşı müxtəlif qərəzli kampaniyalar aparılır, ölkəmiz haqqında həqiqətə uyğun olmayan fikirlər yayılır. Belə vəziyyətdə ən yaxşı cavab reallığın özüdür. Diplomatlar Qarabağa gəlirlər, gördüklərini öz ölkələrində paylaşırlar, səfərlə bağlı təəssüratlarını bildirirlər. Bununla da Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi işlər beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırılır. Əslində, hər bir belə səfər yeni reallığın beynəlxalq səviyyədə qəbul edilməsinə də xidmət edir", - deyə A.Badamov vurğulayıb.

O əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzur artıq münaqişə və qarşıdurma məkanı deyil: "Bu ərazilər bu gün sülh, quruculuq, əməkdaşlıq, investisiya, turizm və regional inkişaf üçün açıqdır. Azərbaycan Zəfərdən sonra revanşizmə deyil, quruculuğa üstünlük verir. Dağıntının yerində həyat qurur, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını təmin edir və regionun gələcəyini formalaşdırır. 20 Sentyabr ərəfəsində diplomatik korpusun bu səfərinin əsas mesajını da mən belə ifadə edərdim: Azərbaycan öz suverenliyini bərpa edib və indi həmin ərazilərdə həyat qurur. Xankəndidə həyatın canlanması, Şuşanın yenidən mədəniyyət mərkəzinə çevrilməsi, Kəlbəcərin inkişafı və insanların öz doğma yurdlarına qayıtması bunun ən real göstəriciləridir. Bu baxımdan diplomatların səfəri təkcə Qarabağda görülən işlərlə tanışlıq deyil. Bu, Azərbaycanın yaratdığı yeni reallığın beynəlxalq ictimaiyyətə birbaşa nümayişidir. Bu gün Qarabağdan dünyaya verilən mesaj çox aydındır: burada artıq dağıtmaq yox, qurmaq, qarşıdurma yox, əməkdaşlıq, keçmişin ağrısı yox, gələcəyə baxış var".

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNƏCƏK

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir