Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın sülh və həmrəylik çağırışı - ŞƏRH

Azərbaycanın sülh və həmrəylik çağırışı -  ŞƏRH

‎Bakı, 16 sentyabr, AZƏRTAC

‎Azərbaycan tarixinin bütün dövrlərində dialoq, qarşılıqlı hörmət və multikultural dəyərlərin ünvanı olub və əsrlər boyu sülhü əsas prinsip seçib. Ölkəmizin tarixində etnik və dini zəmində qarşıdurmaların, məzhəb ayrı seçkiliyinin ictimai münasibətlərin müəyyənedici amilinə çevrilməməsi xalqımızın fərqli mədəniyyətlərə və inanclara münasibətinin göstəricisidir. Bu gün həmin tarixi ənənə dövlət siyasətində də öz davamını tapır. Ötən gün Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Seyid Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlər Azərbaycanın bu mövqeyini bir daha nümayiş etdirdi. Bakıda eyni günlərdə keçirilən iki mühüm tədbirin mahiyyəti də təsadüfi xarakter daşımır. Bir tərəfdə Türk dünyasının müsəlman dini rəhbərləri bir araya gəlir, digər tərəfdə Azərbaycan tarixinin böyük mütəfəkkirlərindən biri olan Seyid Yəhya Bakuvi irsi müzakirə olunur. Bu mənzərə Azərbaycanın tarix, mədəniyyət, din və sivilizasiyalar arasında dialoqa verdiyi əhəmiyyətin ifadəsidir.

‎Prezident İlham Əliyevin çıxışında Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlərin adlarının çəkilməsi də Azərbaycanın mənəvi xəritəsinin nə qədər zəngin olduğunu göstərir. Bu şəxsiyyətlərin irsi Azərbaycan hüdudlarını aşaraq Türk dünyasının və İslam sivilizasiyasının ümumi mədəni sərvətinə çevrilən böyük bir məktəbdir.

‎Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutu PHŞ-nin Bərk Cisim Mexanikası laboratoriyasının müdiri, mexanika üzrə fəlsəfə doktoru, dosent Emin Bağırov deyib.

‎

Onun sözlərinə görə, Bakının belə bir beynəlxalq dialoq məkanına çevrilməsinin başqa bir mühüm tərəfi Azərbaycanın Türk dünyası ilə Qafqaz arasında əlaqələndirici mövqeyidir. Prezidentin qeyd etdiyi kimi Azərbaycan həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz hissəsidir. Bu coğrafi və tarixi mövqe ölkəmizə müxtəlif dini və mədəni icmaları bir araya gətirmək üçün geniş imkanlar yaradır. Bakıda Türk Dövlətləri Təşkilatının müsəlman dini rəhbərlərinin toplantısında türk dövlətləri ilə yanaşı Gürcüstan, Suriya və Şimali Qafqazdan dini rəhbərlərin iştirak etməsi həmin imkanların real nümunəsidir.

‎Prezident İlham Əliyevin çıxışında 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının xatırladılması da təsadüfi deyildi. Həmin tədbir idman yarışından daha geniş məna daşıyan, müsəlman ölkələri arasında dostluq və həmrəyliyin nümayişinə xidmət edən böyük platforma kimi təqdim olunmuşdu. Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsi də Azərbaycanın bu istiqamətdəki rolunun davamı kimi qiymətləndirilir.

‎Bu gün Azərbaycan dünyaya öz mövqeyini aydın şəkildə göstərir və bəyan edir ki, müxtəliflik insanlar və cəmiyyətlər arasında ayrılıq yaratmamalı, dialoqun və qarşılıqlı anlaşmanın əsasına çevrilməlidir. Din xadimlərinin sülhə, əməkdaşlığa və əmin-amanlığa çağırışı bu baxımdan böyük mənəvi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında dini liderlərin bir araya gəlməsinə verilən önəm də məhz bu düşüncədən qaynaqlanır. Çünki belə görüşlər müxtəlif dini və mədəni ənənələrin təmsilçilərini bir masa arxasında birləşdirərək qarşılıqlı hörmət və etimad üçün möhkəm zəmin yaradır. Bakıda keçirilən bu tədbirlər Azərbaycanın dialoq məkanına çevrilən rolunu bir daha göstərir.

‎Azərbaycanın öz tarixində yaşadığı ağır sınaqlara baxmayaraq sülh gündəliyinə üstünlük verməsi də bu yanaşmanın başqa bir tərəfidir. Prezident İlham Əliyev Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra sülh gündəliyini seçdiyini bildirərək regionda uzunmüddətli sabitliyin təmin olunmasını söylədi. Bu yanaşma Azərbaycanın gücünü siyasi iradə, milli birlik və sülhə yönəlmiş dövlət siyasəti ilə tamamladığını göstərir.

‎Şeyxülislam Allahşükür Paşazadənin və digər natiqlərin ölkə başçısına xitabən söylədikləri “Siz ölkənizi həm dünyaya, həm də İslam aləminə İslam qardaşlığının aparıcı nümunəsi kimi təqdim etməyə nail olmusunuz” fikri Azərbaycanın multikultural və tolerant dəyərlərə əsaslanan dövlət siyasətinin mahiyyətinin ifadəsi kimi yadda qaldı. Bu fikir Azərbaycanın dini həmrəylik, qarşılıqlı hörmət və birgəyaşayış prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi.

‎Alim sonda qeyd edib ki, Azərbaycanın multikultural modeli məhz belə bir tarixi və siyasi düşüncənin üzərində formalaşıb. Müxtəlif dinlərin, məzhəblərin və mədəniyyətlərin nümayəndələrinin bir arada yaşaması xalqımızın həyat tərzində özünəməxsus ənənə yaradıb. Bu ənənə bu gün Bakıda keçirilən beynəlxalq tədbirlərdə daha geniş coğrafiyanın iştirakına imkan verir. Azərbaycan dialoqun tərəfdarı kimi çıxış etməklə yanaşı fərqli dünyaların bir masa ətrafında görüşməsi üçün platforma yaradır.

‎Prezident İlham Əliyevin nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi fikirlərdən görünən əsas xətt budur. Türk dünyasının, Qafqazın və İslam aləminin qarşılıqlı hörmət və həmrəylik əsasında daha sıx əlaqələnməsi regional və beynəlxalq sabitliyə xidmət edə bilər. Azərbaycanın Bakını belə dialoqların məkanına çevirməsi isə ölkəmizin tarixdən gələn tolerantlıq ənənəsi ilə bugünkü dövlət siyasətinin bir nöqtədə birləşdiyini göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur