Şimali makedoniyalı mütəxəssis “Qəbələ”nin baş məşqçisi təyin olunub
Bakı, 16 sentyabr, AZƏRTAC
"Qəbələ" futbol klubuna yeni baş məşqçi təyin olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Qəbələ təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Qırmızı-qaralar” şimali makedoniyalı mütəxəssis Yeton Bekiri ilə 1+2 illik müqavilə bağlayıb. 44 yaşlı məşqçi son olaraq ölkəsində “Şkendiya” klubuna rəhbərlik edib.
O, müxtəlif illərdə “Drita”, “Qostivar”, “Renova”, “Struqa” (hamısı Şimali Makedoniya) və “Bilis” (Albaniya) klublarının baş məşqçisi, “Əl Cabalayn”nın isə (Səudiyyə Ərəbistanı) idman direktoru işləyib. Yeton Bekiri 2024-2025-ci illər mövsümündə “Şkendiya” ilə Şimaili Makedoniya çempionu olub.
Qeyd edək ki, yeni baş məşqçi “Qəbələ”də sentyabrın 20-dən fəaliyyətə başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [13:31]
“Real Madrid”in kapitanı İspaniya çempionatında 250-ci matçına çıxıb
- 16.09.2026 [13:23]
IV Avropa Oyunları: Azərbaycan gimnastları lisenziya qazanmağa davam edirlər
- 16.09.2026 [13:17]
“Naxçıvan” legioner basketbolçu ilə yeni müqavilə imzalayıb
- 16.09.2026 [13:10]
2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
- 16.09.2026 [12:39]