Gürcüstan Parlamenti Dövlət Təhlükəsizlik Xidmətinə yeni rəhbərin təyinatını təsdiqləyib
Tbilisi, 16 sentyabr, AZƏRTAC
Gürcüstan Parlament Baş nazir İrakli Kobaxidzenin təqdimatı əsasında Tamaz Boraşvilini Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, Boraşvilini namizədliyi yekdilliklə 83 səslə dəstəklənib.
Qanunvericiliyə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri 6 il müddətinə seçilir, lakin Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin seçilməsi son bir il yarımda dördüncü dəfə parlamentin gündəliyində olub.
Qeyd edək ki, 2025-ci il aprelin 4-də Anri Oxanaşvili Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsini icra etməyə başlayıb və həmin il avqustun 23-də bu vəzifəsindən istefa verdi. Oxanaşvilinin yerinə sentyabrln 3-də Parlament tərəfindən DTX-nın rəisi vəzifəsinə Mamuka Mdinaradze təyin edilib. Mdinaradze isə 2026-cı aprelin 21-də istefa verib və onun vəzifəsini Gela Geladze tutub. Sentyabrın 14-də isə G.Geladze istefa verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [14:05]
Benzin və dizelin bahalaşması Böyük Britaniyada inflyasiyanı yüksəldib
- 16.09.2026 [13:55]
Sudanda qızıl mədəninin çökməsi nəticəsində azı 60 işçi ölüb
- 16.09.2026 [13:37]
Türkiyədə AKINCI-nın sınaqları davam edir
- 16.09.2026 [12:40]
Fransada yanacaq bahalaşması narazılığı artırır
- 16.09.2026 [11:01]