ABŞ-nin sanksiyalarına məruz qalan İran aviaşirkətlərinin Gürcüstana uçuşları sentyabrın 21-dən dayandırılacaq
Tbilisi, 16 sentyabr, AZƏRTAC
ABŞ-nin tətbiq etdiyi yeni sanksiyalar çərçivəsində sanksiya siyahısına daxil edilən İran aviaşirkətlərinin Gürcüstana uçuşları sentyabrın 21-dən etibarən dayandırılacaq.
Bu barədə AZƏRTAC-a Gürcüstan Mülki Aviasiya Agentliyindən məlumat verilib.
Bildirilib ki, İran bazarında fəaliyyət göstərən “Georgia Holiday” turizm şirkəti məhdudiyyət şamil olunan aviaşirkətlərin Gürcüstana son uçuşlarını sentyabrın 20-də reallaşdıracaq.
Gürcüstan Mülki Aviasiya Agentliyi ölkənin beynəlxalq sanksiya rejiminə tam əməl edəcəyini, ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq edilən sanksiya mexanizmlərini nəzərə alacağını bəyan edib.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 8-də İranın aviasiya sektoruna dəstək verməkdə günahlandırılan 36 şirkət və quruma qarşı sanksiyalar tətbiq edib. Siyahıda Gürcüstan istiqamətində reyslər həyata keçirən bəzi İran aviaşirkətləri də yer alıb.
Məlumata əsasən, sentyabrın 15-də Batumiyə “Varesh Airlines”, Tbilisiyə isə “Fly Kish” və “Varesh Airlines” aviaşirkətlərinin reysləri planlaşdırılıb. “Fly Sepehran” şirkətinin rəsmi internet səhifəsində isə Tehran–Tbilisi reysləri sentyabrın 19-dan sonra görünmür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [13:55]
Sudanda qızıl mədəninin çökməsi nəticəsində azı 60 işçi ölüb
- 16.09.2026 [13:37]
Türkiyədə AKINCI-nın sınaqları davam edir
- 16.09.2026 [12:40]
Fransada yanacaq bahalaşması narazılığı artırır
- 16.09.2026 [11:01]
Kamerasız ağıllı eynək təqdim ediləcək
- 16.09.2026 [10:40]