Qubanın iki bələdiyyəsinin adı dəyişdirilir
Bakı, 16 sentyabr, AZƏRTAC
Quba rayonunda iki bələdiyyənin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi təklif olunur.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Regional məsələlər komitəsinin sentyabrın 16-da keçirilən iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi ilə bağlı layihədə öz əksini tapıb.
Layihəyə əsasən Timiryazev-Alekseyevka bələdiyyəsinin Bəhrəli-Çınarlı bələdiyyəsi, Vladimirovka bələdiyyəsinin isə Elbir bələdiyyəsi adlandırılması təklif olunur.
Belə ki, Quba rayonunun Bəhrəli, Çinarlı, İqrığ, Qacar Zeyid və Zizik kəndləri Bəhrəli-Çinarlı bələdiyyəsinin tərkibinə daxil ediləcək.
Quba rayonunun Ağbil, Aşağı Atuc, Dəlləkli, Elbir, Əlibəyqışlaq, Mirzəməmmədkənd və Susayqışlaq kəndləri isə Elbir bələdiyyəsinin tərkibinə daxil ediləcək.
Layihəyə təklif edilən dəyişikliklər səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Müxbir - Günel Türksoy
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [13:35]
® “İrşad”da yeni tədris ilinə özəl “Yaşıl Cümə” fürsətləri başlayıb
- 16.09.2026 [12:22]
Qafqaz İslam Ordusunun komandanı İstanbulda yad edilib
- 16.09.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 16.09.2026 [11:15]
DSMF avqustda cavablandırılan vətəndaş müraciətlərinin sayını açıqlayıb
- 16.09.2026 [10:51]