Hakimlər Komitəsinin sədri: “Araz-Naxçıvan” – “Turan Tovuz” matçında penalti qərarı səhv olub
Bakı, 16 sentyabr, AZƏRTAC
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının V turunda keçirilən bəzi oyunlarda hakim qərarlarını dəyərləndirib.
AZƏRTAC xəbər verir ki, o, “Araz-Naxçıvan” – “Turan Tovuz” qarşılaşmasının 80-ci dəqiqəsində baş hakim Elçin Məsiyevin verdiyi penalti qərarının yanlış olduğunu bildirib.
Həmin epizodda “Araz-Naxçıvan”ın hücumçusu cərimə meydançasında “Turan Tovuz”un qapıçısı ilə toqquşaraq yerə yıxılıb. Hakim bu epizodda meydan sahiblərinin xeyrinə penalti təyin edib. Lakin AFFA Hakimlər Komitəsinin sədri qərarın qaydalara uyğun olmadığını qeyd edib.
R.Həsənov “Kəpəz” – “Qəbələ” oyununda mübahisə doğuran digər epizodda isə hakimin qərarının düzgün olduğunu söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [13:31]
“Real Madrid”in kapitanı İspaniya çempionatında 250-ci matçına çıxıb
- 16.09.2026 [13:23]
IV Avropa Oyunları: Azərbaycan gimnastları lisenziya qazanmağa davam edirlər
- 16.09.2026 [13:17]
“Naxçıvan” legioner basketbolçu ilə yeni müqavilə imzalayıb
- 16.09.2026 [13:10]
2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
- 16.09.2026 [13:07]
Şimali makedoniyalı mütəxəssis “Qəbələ”nin baş məşqçisi təyin olunub
- 16.09.2026 [12:39]