Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə söyləyib.
“Avropa Şurasının üzvü olaraq biz bu ədalətsizliklərlə üzləşmişdik, üzləşirik və yəqin ki, üzləşəcəyik”,- deyən dövlətimizin başçısı vurğulayıb ki, bizə qarşı elan edilməmiş bu qarayaxma kampaniyası heç vaxt dayanmayacaq. “Nə üçün? Çünki biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik, öz sözümüzü deyirik, öz milli mənliyimizi qoruyuruq, öz həyat tərzimizi qoruyuruq”, - deyə Prezident vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [16:57]
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
- 15.09.2026 [16:53]
Azərbaycan Prezidenti: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
- 15.09.2026 [16:45]
Azərbaycan Prezidenti: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
- 15.09.2026 [16:43]