Azərbaycan Dövlət İnformasiya Agentliyi

Diplomatların səfəri Azərbaycanın Qarabağdakı reallıqlarını dünyaya göstərir - ŞƏRH

Diplomatların səfəri Azərbaycanın Qarabağdakı reallıqlarını dünyaya göstərir -  ŞƏRH

Bakı, 15 sentyabr, AZƏRTAC

‎Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə növbəti səfəri Ermənistanın revanşist dairələrində yenidən ciddi narahatlıq yaradıb. Ermənistan cəmiyyətində və mediasında səsləndirilən aqressiv fikirlər, diplomatların səfərinə qarşı aparılan kampaniya, əslində, rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyü və regionda formalaşmış yeni reallıqlara münasibətilə bağlı ciddi suallar doğurur.

‎Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

‎O bildirib ki, diplomatların səfəri yalnız Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanındığını təsdiqləyən siyasi mesaj deyil, eyni zamanda, Qarabağda və Şərqi Zəngəzurda gedən böyük quruculuq prosesinin dünyaya təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.

‎Deputatın fikrincə, səfərlərin mahiyyətində baş verən dəyişiklik xüsusi diqqətə layiqdir: “Əgər əvvəlki səfərlərdə diplomatlar daha çox Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan ərazilərində törətdiyi vandalizmin nəticələri ilə tanış olurdularsa, artıq bu gün onlar tamam başqa mənzərənin şahididirlər. Dağıdılmış şəhərlərin və kəndlərin yerində yeni həyat qurulur, yollar, məktəblər, xəstəxanalar, yaşayış məhəllələri və digər infrastruktur obyektləri yaradılır, tarixi-mədəni abidələr bərpa edilir. Azərbaycan keçmişin dağıntıları üzərində gələcəyin inkişaf modelini qurur”.

“Diplomatik korpusun bu səfəri bir daha göstərir ki, onların təmsil etdiyi dövlətlər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və dəstəkləyirlər. Ermənistan tərəfinin bu səfərlərə etiraz etməsi isə əslində özünün Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən mövqeyi ilə ziddiyyət təşkil edir", - deyə P.Kərimzadə bildirib.

‎Onun sözlərinə görə, daha maraqlı məqam erməni mediasında və sosial şəbəkələrdə diplomatların ziyarət etdiyi tarixi məbədlərlə bağlı yenidən tarixin saxtalaşdırılmasına cəhd göstərilməsidir: “Necə ola bilər ki, Ermənistan Gəncəsər və Xudavəngi erməni irsi kimi təqdim edir, lakin öz ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin mövcudluğunu inkar edir? Burada açıq-aşkar ikili standart yanaşma müşahidə olunur. Belə bir narrativ formalaşdırılmağa çalışılır ki, guya Azərbaycan ərazisində tarixən ermənilər yaşayıb və mədəni irs yaradıb, lakin indiki Ermənistan ərazisində azərbaycanlılar yaşamayıb. Bu yanaşma tarixi faktların siyasi məqsədlərlə seçilməsi və təhrif edilməsidir. Daha təhlükəlisi isə bir xalqın öz tarixi və mədəni irsi ilə bağlı hüququnun inkar edilməsidir. Bu, dözümsüzlükdən başqa bir şey deyil və irqçi yanaşma kimi qiymətləndirilə bilər.

‎"Qafqaz Albaniyasının irsi ilə bağlı Ermənistan cəmiyyətində nümayiş etdirilən mövqe də bu kontekstdə xüsusi diqqət çəkir. Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu dünya tarix elminə yaxşı məlumdur. Azərbaycanın ərazisində formalaşmış bu qədim dövlətin zəngin mədəni irsinin mövcudluğunu inkar etmək, yaxud həmin irsi başqa xalqa mənsub göstərməyə çalışmaq tarixi həqiqətə münasibətdə dözümsüz yanaşmadır. Azərbaycan dövlətinin mövqeyi isə bundan tamamilə fərqlidir. Azərbaycan Respublikasının ərazisində yerləşən bütün tarixi və mədəni abidələr dövlət tərəfindən qorunur və onların mənsubiyyətindən asılı olmayaraq mühafizəsi və bərpası istiqamətində tədbirlər həyata keçirilir. Azərbaycan üçün tarixi irs siyasi manipulyasiya vasitəsi deyil, qorunmalı milli və ümumbəşəri sərvətdir. Ermənistanda revanşist qüvvələrin mövcudluğu da yeni məsələ deyil. Lakin bu qüvvələri yalnız müxalifət daxilində axtarmaq düzgün olmazdı. Son günlər yayılan materiallar və sosial şəbəkələrdə aparılan kampaniyalar göstərir ki, bu prosesin arxasında Ermənistan hakimiyyətinə yaxın dairələrin də dayandığı barədə əsaslı suallar yaranır. Bir sıra yazı və paylaşımların hakim partiyaya yaxın resurslarda yayılması bunun təsadüfi kampaniya olmadığını düşünməyə əsas verir.

‎Bu baxımdan Ermənistan parlamentinin sədri Ruben Rubinyanın məsələ ilə bağlı açıqlaması da qəbuledilməzdir. Xarici diplomatların Azərbaycanın suveren ərazisinə səfər etməsi Ermənistan parlamentinin və ya onun rəhbərliyinin müdaxilə edə biləcəyi məsələ deyil. Belə açıqlamalar Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilməlidir", - deyə deputat vurğulayıb.

‎O deyib ki, davamlı sülh yalnız siyasi bəyanatlarla deyil, cəmiyyətdə də yeni reallıqların qəbul edilməsi ilə mümkündür: “Ermənistanın bu gün inkar etməyə çalışdığı reallıqlardan biri də Azərbaycan xalqının indiki Ermənistan ərazisində əsrlər boyu yaşaması və zəngin tarixi-mədəni irs yaratmasıdır. Qərbi Azərbaycanda xalqımıza məxsus tarixi abidələrin, qəbiristanlıqların, məscidlərin, yaşayış məskənlərinin və digər mədəni irs nümunələrinin dağıdılması Azərbaycan xalqının həmin torpaqlardakı tarixi izlərinin silinməsi siyasətinin tərkib hissəsi olub”.

‎ Pərvin Kərimzadə regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, ayrı-ayrı xalqların izlərini silmək və tarixi yenidən yazmaq cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb: “Bu məsələyə beynəlxalq ictimaiyyətin də obyektiv və prinsipial münasibət göstərməsi vacibdir. Bu gün Ermənistan üçün əsas məsələ keçmişi saxtalaşdırmaq deyil, regionun gələcəyini düşünmək olmalıdır. Azərbaycan öz suveren ərazisində quruculuq işlərini davam etdirəcək. Ermənistan isə gec-tez başa düşməlidir ki, tarixi saxtalaşdırmaqla yeni reallıqları dəyişmək mümkün deyil. Regionda davamlı sülhün və əməkdaşlığın yolu revanşizmdən deyil, tarixi həqiqətlərin qəbulundan, qarşılıqlı suverenliyə hörmətdən və gələcəyə baxmaqdan keçir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur