Kriştianu Ronaldu “Əl-Nəsr”in ortaq sahibi ola bilər
Bakı, 15 sentyabr, AZƏRTAC
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu hazırda çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun səhmdarlarından biri ola bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə DAZN məlumat yayıb.
Bildirilib ki, Ronaldu və daha 4 investor “Əl-Nəsr”in səhmlərini almaq üçün təklif hazırlayır. Hər bir investorun bunun üçün minimum 92 milyon avro ayıracağı gözlənilir.
Qeyd edək ki, Kriştianu Ronaldu 2022-ci ilin dekabrından “Əl-Nəsr”də çıxış edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [16:15]
Azərbaycan millisinin Tacikistanla yoldaşlıq oyununun hakimləri bəlli olub
- 15.09.2026 [16:04]
UEFA nümayəndələri bu həftə Bakı Olimpiya Stadionuna baxış keçirəcəklər
- 15.09.2026 [15:52]
“Trabzonspor”un yeni baş məşqçisi bəlli olub
- 15.09.2026 [14:49]
Astana 2028-ci ildə UEFA Superkuboku matçına ev sahibliyi edəcək
- 15.09.2026 [14:30]