Fərhad Bədəlbəyli: Milli Musiqi Günü münasibətilə Bakıda zəngin proqram hazırlanıb
Bakı, 15 sentyabr, AZƏRTAC
XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bütün fəaliyyətimiz Üzeyir Hacıbəylinin adı və irsi ilə bağlıdır. Həyata keçirdiyimiz layihələr, opera, balet, caz və kamera musiqisi – hər biri Üzeyir bəyin zəngin irsinin təbliğinə xidmət edir.
Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib.
O bildirib ki, Üzeyir Hacıbəylinin irsi hər gün tələbələrə konsertlərdə, elmi-praktik konfranslarda və bəstəkarın yaradıcılığına həsr olunan müxtəlif tədbirlərdə çatdırılır. Onun musiqi sahəsində gördüyü işlər misilsizdir.
“Milli Musiqi Günü münasibətilə Bakıda zəngin proqram hazırlanıb. Sentyabrın 18-də tədbirlər Fəxri xiyabanda başlayacaq. Daha sonra Milli Konservatoriyada, Bakı Musiqi Akademiyasında və Üzeyir Hacıbəylinin heykəli önündə konsert proqramları keçiriləcək”, – deyə Fərhad Bədəlbəyli qeyd edib.
Müxbir – Gülay Nəzərova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [15:14]
Azərbaycanın Montrö festivalında iştirakı xüsusi caz proqramı ilə yekunlaşıb
- 15.09.2026 [13:38]
Xanım Aydın: “Pullu komediya” tamaşaçını gündəlik qayğılardan uzaqlaşdıracaq
- 15.09.2026 [12:13]
“Pullu komediya” tamaşasının məşqləri davam edir
- 15.09.2026 [12:13]
Səməd Vurğunun qızı: Uşaqlıq illərimin ən isti xatirələri atamla bağlıdır
- 15.09.2026 [11:41]