® Mərkəzi Gömrük Hospitalında “Fetal təbabət” üzrə master-klas olacaq
Sentyabrın 18-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Britaniya-Azərbaycan Həkimləri və Stomatoloqları Assosiasiyasının birgə təşkilatçılığı ilə “Fetal təbabət” üzrə master-klas keçiriləcək.
Mərkəzi Gömrük Hospitalında təşkil olunacaq master-klasda mürəkkəb fetal hallar, ultrasəs müayinəsi göstəriciləri əsasında düzgün klinik qərarların qəbul edilməsi, ana bətnində dölün müalicəsi və cərrahiyyəsi kimi vacib mövzular ətrafında mühazirələr dinləniləcək, eləcə də real klinik halların təqdimatı və interaktiv müzakirələr aparılacaq.
Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Sədi Allahverdiyevin master-klasa dəvət videosunu Sizə təqdim edirik.
Tədbir proqrama uyğun olaraq mama-ginekoloq və radioloq ixtisaslı həkimlər, eləcə də rezidentlər üçün nəzərdə tutulub.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir.
Master-klasda iştirak ödənişsizdir.
Master-klasın akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət olunub.
Hər kəs master-klasda iştirak üçün dəvətlidir.
Proqramla link vasitəsilə tanış olmaq mümkündür. Həmçinin bu link vasitəsilə qeydiyyatdan keçmək olar.