Səkkiz ayda dəmir yolları ilə 12 milyon tondan çox yük daşınıb
Bakı, 15 sentyabr, AZƏRTAC
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) cari ilin yanvar-avqust aylarında 12 milyon tondan çox yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz çoxdur.
QSC-dən AZƏRTAC-a bildirilib ki, qeyd olunan dövrdə tranzit daşımaları 5 milyon tona çataraq keçən ilin göstəricisini 12 faiz üstələyib.
Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 17 faiz, Şimal-Cənub istiqaməti üzrə isə 24 faiz artım qeydə alınıb.
Ötən il və bu ilin avqust ayları üzrə ümumi yükdaşıma həcmi 32 faiz, tranzit daşımalar isə 40 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [17:49]
“SABAH.city” innovasiya şəhərciyinə mediatur təşkil olunub
- 15.09.2026 [17:43]
Azərbaycan və AİB enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib
- 15.09.2026 [16:30]
Azərbaycan iyulda Türkiyənin ən böyük qaz tədarükçüsü olub
- 15.09.2026 [16:28]
Baş direktor: Yüksək Texnologiyalar Parkı transformasiya dövrünü yaşayır
- 15.09.2026 [16:26]