Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uşağın məktəbə uyğunlaşması üçün nələrə diqqət yetirilməlidir? – təhsil eksperti izah edir

Uşağın məktəbə uyğunlaşması üçün nələrə diqqət yetirilməlidir? – təhsil eksperti izah edir

Bakı, 15 sentyabr, AZƏRTAC

Yeni tədris ilinin başlanması xüsusilə ilk dəfə məktəbə qədəm qoyan uşaqlar üçün həyəcan doğuran anlardır. Bəs bu həyəcanı necə azaltmaq olar? Pedaqogika üzrə fəlsəfə doktoru, təhsil eksperti Samirə Həsənova AZƏRTAC-a müsahibəsində uşaqların məktəbə uyğunlaşması, valideyn və müəllimlərin diqqət yetirməli olduğu məqamlar barədə danışıb. Müsahibəni təqdim edirik.

- Bu gündən ümumtəhsil müəssisələrində yeni tədris ili başlayıb. Xüsusilə ilk dəfə məktəbə gedən uşaqlar və onların valideynləri üçün sentyabrın 15-i həm sevinc, həm də həyəcanla qarşılanır. İlk məktəb günü uşağın həyatında niyə əhəmiyyətlidir?

- Məktəbə başlama uşağın inkişafında və təhsil yolunda mühüm keçid mərhələlərindən biridir. Uşaq əvvəlki sosial və öyrənmə təcrübəsinə əsaslanaraq yeni mühitə daxil olur. Məktəbdə günün daha strukturlaşdırılmış təşkili, yeni sosial münasibətlər, sinif qaydaları və təlim prosesinin spesifik cəhətləri uşağın əvvəlki təcrübəsindən fərqli situasiyalarla qarşılaşmasına zəmin yaradır. Uşaqların həmin dəyişikliklərə reaksiyası və yeni mühitə uyğunlaşma tempi fərqlənir. Adaptasiya uşağın fərdi xüsusiyyətlərindən, əvvəlki təcrübəsindən və göstərilən dəstəyin xarakterindən asılı olaraq dəyişir. Ona görə ilk məktəb günü ilə bağlı həyəcanı qeyri-adi reaksiya kimi deyil, yeni mühitə uyğunlaşma prosesində müşahidə olunan emosional reaksiya kimi qiymətləndirmək daha doğrudur.

- Bəs valideynlərin narahatlığı uşağa necə təsir göstərir?

- Uşaqlar adətən böyüklərin emosional vəziyyətindən təsirlənirlər. Valideyn məktəbin ilk gününə həddindən artıq narahatlıqla yanaşırsa, uşaqda da oxşar narahatlıq yarana bilər. Buna görə valideynin öz emosiyalarını tənzimləməsi uşağın məktəbə uyğunlaşmasını asanlaşdıran amillərdən biri hesab edilir.

Məktəbə hazırlıq yalnız çantanın, məktəb formasının və müxtəlif ləvazimatların alınması ilə məhdudlaşmır. Hazırlıq prosesi uşağın sosial-emosional inkişafı, kommunikativ və özünütənzimləmə bacarıqları, gündəlik fəaliyyətlərdə müstəqilliyi ilə də əlaqəlidir. Gündəlik rejimin tədricən məktəb rejiminə uyğunlaşdırılması, hazırlıq üçün kifayət qədər vaxt ayrılması, məktəbə gedib-gəlmə yolunun əvvəlcədən tanıdılması və gün ərzində baş verəcək hadisələrin yaş xüsusiyyətlərinə uyğun izah olunması qeyri-müəyyənliyi azaltmağa kömək edir.

- Bəzi uşaqlar məktəbə böyük həvəslə gedir, bəziləri isə valideyndən ayrılmaq istəmir. Valideyn belə vəziyyətdə necə davranmalıdır?

- Uşaqlar məktəbə başlama prosesini müxtəlif cür qarşılayırlar və onların davranışlarını avtomatik olaraq problem kimi qiymətləndirmək düzgün deyil. Bir uşağın ilk gündən rahat şəkildə sinfə daxil olması digər uşağın da eyni şəkildə uyğunlaşacağını göstərmir. Xüsusilə ilk günlərdə uşağın valideyndən ayrılmaqda çətinlik çəkməsi mümkündür. Belə vəziyyətdə uzunmüddətli vidalaşma “ritualı”, uşağı sakitləşdirmək məqsədilə yalan vədlər vermək və ya “böyük uşaqsan, ağlama” kimi ifadələr səsləndirmək məqsədəuyğun yanaşma deyil. Uşağın hisslərinə hörmət, mühakimədən uzaq münasibət və valideynin ayrılıq zamanı təmkinli davranması uşağın məktəbə uyğunlaşmasını asanlaşdırır.

Valideyn ilk günlərdə müşahidə olunan hər reaksiyanı adaptasiya çətinliyinin göstəricisi kimi qiymətləndirməməlidir. Reaksiyanın davamlılığı, intensivliyi və uşağın gündəlik fəaliyyətinə təsiri nəzərə alınmalıdır.

- Autizmli və disleksiya əlamətləri müşahidə olunan uşaqlar üçün ilk günlərdə məktəb mühiti və təlim prosesi necə təşkil edilməlidir?

- İlk növbədə, uşağın konkret təlim tələbatlarını müəyyənləşdirmək lazımdır. Eyni diaqnostik xüsusiyyətlərə malik uşaqlar məktəb mühitinə eyni şəkildə reaksiya verməyə bilərlər. Ona görə də dəstək yalnız diaqnostik kateqoriyaya əsaslanmamalı, uşağın fərdi xüsusiyyətləri və təlim tələbatları əsasında müəyyənləşdirilməlidir.

Məktəb mühitində Autizm Spektr Pozuntusu, xüsusi öyrənmə çətinliyi, o cümlədən disleksiya, həmçinin diqqət əskikliyi və hiperaktivlik pozuntusuna malik şagirdlərə rast gəlinə bilər. Hər bir xüsusiyyət uşağın öyrənmə, diqqət, ünsiyyət, özünütənzimləmə və təlim prosesində iştirakına fərqli şəkildə təsir göstərə bildiyindən, bütün şagirdlər üçün eyni dəstək strategiyasından istifadə düzgün yanaşma deyil. Hər bir şagirdin konkret təlim tələbatına uyğun fərdiləşdirilmiş təlim strategiyaları seçilməlidir.

Məktəb mühitinin təşkilində məqsəd uşağı bütün çətinliklərdən uzaqlaşdırmaq deyil. Daha doğru yanaşma təlimdə iştirakı asanlaşdıran dəstəyi müəyyənləşdirmək, onu uşağın tələbatlarına uyğun tətbiq etmək və tədricən müstəqil fəaliyyətə təkan verməkdir.

- Müəllim xüsusi təlim tələbatı olan şagirdin sinfə uyğunlaşmasını dəstəkləmək üçün hansı pedaqoji yanaşmalardan istifadə edə bilər?

- Müəllimin ilk addımı uşağı yalnız çətinlikləri üzərindən qiymətləndirməmək olmalıdır. Şagirdin güclü tərəfləri, maraqları, öyrənmə xüsusiyyətləri də nəzərə alınmalıdır.

-Təlimatların aydın və mərhələli verilməsi, mürəkkəb tapşırıqların kiçik addımlara bölünməsi, vizual vasitələrdən səmərəli istifadə, gözləntilərin əvvəlcədən izah olunması, müsbət davranışların möhkəmləndirilməsi və şagirdin fəaliyyətinə vaxtında geribildirim verilməsi sinifdə təlim prosesinin təşkilində nəzərə alınan əsas məqamlardır. Lakin bütün yanaşmaların hər bir uşağa eyni formada tətbiqi doğru deyil. Təlimin təşkili konkret təlim tələbatlarına əsasən fərdiləşdirilməlidir.

İnklüziv təhsil yalnız şagirdin ümumi sinifdə fiziki iştirakını təmin etməklə məhdudlaşmır. İnklüziv yanaşma şagirdin təlim prosesində iştirakını, müəllim və həmyaşıdları ilə qarşılıqlı əlaqəsini və təlim məqsədlərinə uyğun irəliləyişini dəstəkləyən pedaqoji şəraitin yaradılmasını nəzərdə tutur.

- Valideyn və məktəb arasında hansı məlumatların əvvəlcədən paylaşılması xüsusi təlim tələbatı olan şagirdin adaptasiyasını asanlaşdıra bilər?

- Valideyn müəllimə uşağın yalnız diaqnozu və ya yaşadığı çətinliklər barədə deyil, onun öyrənmə xüsusiyyətləri, təlimatları qavrama və yerinə yetirmə forması, çətinlik yaşadığı situasiyalar, eləcə də mütəxəssislərlə aparılan fərdi iş zamanı səmərə verən üsullar haqqında məlumat verməlidir. Bu məlumatlar müəllimin təlim prosesini uşağın fərdi təlim tələbatlarına uyğun qurması üçün əhəmiyyətlidir. Uşağın təlim tələbatlarının müəyyənləşdirilməsi və uyğun dəstək mexanizmlərinin seçilməsi məktəb və ailənin birgə fəaliyyətini tələb edir. Məqsəd məsuliyyəti yalnız valideynin və ya müəllimin üzərinə qoymaq deyil, uşağın təlim prosesində iştirakını dəstəkləyən yanaşma formalaşdırmaqdır.

- Məktəbin ilk günləri və həftələrində valideynlər uşağın hansı ehtiyaclarına diqqət yetirməlidirlər?

- İlk günlərdə uşağın dərhal məktəb qaydalarına uyğunlaşmasını, müstəqil davranmasını və yüksək akademik nəticə göstərməsini gözləmək real yanaşma deyil. Xüsusi təlim tələbatı olan uşaqlarda isə fərdi xüsusiyyətlər nəzərə alınmadan müəyyənləşdirilən gözləntilər əlavə təzyiq yarada bilər.

Valideyn uşağı həmyaşıdları və ya sinif yoldaşları ilə müqayisə etməkdən, “sən də bacarmalısan” yanaşmasından və hər bir çətinliyi uğursuzluq kimi qiymətləndirməkdən çəkinməlidir. Bunun əvəzinə uşağın kiçik irəliləyişlərini ön plana çəkmək, çətinliklərin səbəblərini anlamağa çalışmaq və məktəblə əməkdaşlıq etmək daha səmərəli nəticə verər.

- Məktəbə yeni başlayan uşaqların və onların valideynlərinin təlaşını azaltmaq üçün əsas mesajınız nə olardı?

- Məktəbə başlama ilə adaptasiya eyni məzmun daşımır. Məktəbə başlama konkret mərhələni ifadə etdiyi halda, adaptasiya uşağın yeni mühitə, məktəb rejiminə, sosial münasibətlərə və təlim prosesinə tədricən uyğunlaşmasını əhatə edən prosesdir. Ona görə ilk gündən mükəmməl nəticə gözləmək əvəzinə, uşağın yeni mühitdə özünü rahat hiss etməsinə imkan yaratmaq daha vacibdir.

Xüsusi təlim tələbatı olan uşaqlar üçün seçilən yanaşmanın əsasını fərdiləşdirmə təşkil edir. Hər uşaq fərqlidir və müxtəliflik nəzərə alınaraq şagirdin təlim prosesində iştirakına təkan verən pedaqoji mühit formalaşdırılmalıdır. İlk məktəb günü uşağın bütün məktəb həyatını müəyyənləşdirmir. İlk günlərdə yaşanan həyəcan və çətinliklər uşağın gələcək təlim imkanları haqqında nəticə çıxarmaq üçün əsas deyil. Valideyn və müəllimin səbirli, təmkinli münasibəti, ehtiyac yarandıqda müvafiq dəstək göstərməsi uşağın məktəbə adaptasiyasına kömək edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi