Baş direktor: Yüksək Texnologiyalar Parkı transformasiya dövrünü yaşayır
Bakı, 15 sentyabr, AZƏRTAC
Bu günlərdə Yüksək Texnologiyalar Parkı transformasiya dövrünü yaşayır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov deyib.
“Texnoparkın məqsədi iqtisadiyyatın davamlı inkişafı, elmi tədqiqatların kommersiyalaşması, elmin, təhsilin və sənayenin bir araya gətirilməsidir. Bu məqsədlərə xidmət etmək üçün Texnoparkın bazasında “Sabah City” innovasiya şəhərciyi layihələndirilib”, - deyə Nihat Məcidov əlavə edib.
N.Məcidov qeyd edib ki, “SABAH.city” innovasiya şəhərciyi 20 hektarlıq ərazini əhatə edəcək, 125 min kvadratmetrlik infrastruktur yaradılacaq: “Bunu ona görə edirik ki, burada ölkənin aparıcı texnoloji, innovativ şirkətlərini və aparıcı təhsil müəssisələrini, elmi-tədqiqat müəssisələrini bir araya gətirərək onların arasında sinerji əldə edək”, - deyə N.Məcidov vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [16:30]
Azərbaycan iyulda Türkiyənin ən böyük qaz tədarükçüsü olub
- 15.09.2026 [16:26]
Sofiyada Orta Dəhlizin cəlbediciliyinin artırılması müzakirə edilib
- 15.09.2026 [16:19]
“ASAN AI Hub” platformasında 50-yə yaxın süni intellekt həlli təqdim olunub
- 15.09.2026 [16:09]