Xırdalanda evdə partlayış olub, 1 nəfər ölüb
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayeva Abşeron rayonunun Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölüb.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, həmin faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [17:12]
“Kibertəhsil və süni intellekt” mövzusunda müzakirə
- 15.09.2026 [16:43]
® Mərkəzi Gömrük Hospitalında “Fetal təbabət” üzrə master-klass olacaq
- 15.09.2026 [16:06]