Türkiyə Milli Müdafiə Nazirliyi: Qafqaz İslam Ordusunun qardaşlıq ruhu insanların qəlbində yaşayır
Ankara, 15 sentyabr, AZƏRTAC
Türkiyənin Milli Müdafiə Nazirliyi Qafqaz İslam Ordusunun qəhrəmanlarının xatirəsini yad edib.
AZƏRTAC xəbər verir ki, nazirliyin Bakının daşnak və bolşeviklərdən azad edilməsinin 108-ci ildönümünə həsr olunmuş paylaşımında Qafqaz İslam Ordusunun nümayiş etdirdiyi qardaşlıq ruhunun bu gün də insanların qəlbində yaşamaqda davam etdiyi vurğulanıb.
“Bakının düşmənlərin işğalından azad edilməsinin 108-ci ildönümündə azərbaycanlı qardaşlarının köməyinə gələn Nuru paşanın (Killigil) və Qafqaz İslam Ordusunun bütün qəhrəmanlarının xatirəsini dərin hörmətlə yad edirik”, – deyə nazirliyin paylaşımında bildirilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara