Nazirlik: ƏMAS-da 72 minə yaxın aktiv vakansiya mövcuddur
Bakı, 15 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) hazırda müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 72 minə yaxın aktiv vakansiya mövcuddur.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Bildirilib ki, hazırda altsistemdən 8097 işəgötürən istifadə edir.
İşsiz və ya işaxtaran şəxslər vakansiyalara müraciət üçün Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşa bilərlər.
Burada karyera məsləhətçiləri tərəfindən şəxsin məşğulluq imkanları qiymətləndirilir. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq münasib vakansiyalar təqdim olunur və şəxsin ona uyğun vakansiyaya müraciəti qeydə alınır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [12:44]
Azərbaycan etnoqrafiyasının izi ilə: Gürcüstanda nəşr olunan "Kavkaz" qəzeti
- 15.09.2026 [12:41]
Gövhər Baxşəliyeva: Sufizm Azərbaycanın mənəvi həyatında böyük rol oynayıb
- 15.09.2026 [12:14]
DSMF-nin 8 ay üzrə gəlir və xərcləri açıqlanıb
- 15.09.2026 [12:11]
Pakistanlı alim: Tarazlıq və mötədillik İslamın gözəlliyidir
- 15.09.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.09.2026 [11:40]