Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çinli ekspert: Orta Dəhliz Azərbaycanın regional logistika qovşağı kimi rolunu gücləndirə bilər

Bakı, 15 sentyabr, AZƏRTAC

Orta Dəhlizin tədricən Çin və Avropa arasında nəqliyyat marşrutu kimi deyil, həm də ticarətin, logistikanın, sənaye əməkdaşlığının və investisiyaların inkişafı üçün daha geniş platforma kimi əhəmiyyəti artır. Bu prosesdə coğrafi mövqeyi və infrastrukturu sayəsində Azərbaycan mühüm rol oynaya bilər.

Bu fikirləri “International Carbon Neutrality Industry Research Organization” (ICNIRO) təşkilatının həmtəsisçisi Britani Li AZƏRTAC-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, aparıcı şirkətlərin və gömrük orqanlarının nümayəndələrindən ibarət nümayəndə heyətinin Çinə son səfəri Azərbaycan biznesinə Çin bazarı, xüsusilə Sıçuan və Çendu şəhərlərindəki imkanlar barədə daha dolğun təsəvvür əldə etməyə imkan verib. Eyni zamanda, səfər bu ölkənin şirkətlərinə Azərbaycanın Çin, Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa bazarları arasında əlaqələndirici halqa kimi rolunu daha yaxşı anlamağa kömək edib.

“Səfər zamanı ölkənin qərbində mühüm logistika qovşağı olan Çinbaytszyan və Çendu Beynəlxalq Dəmir Yolu Limanında müzakirələr apardıq. Çin-Avropa dəmir yolu ekspresinin və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) Çin, Mərkəzi Asiya, Azərbaycan və Avropa arasında əlaqələri necə daha da güclənə biləcəyini araşdırdıq”, – deyə o bildirib.

B.Li qeyd edib ki, Azərbaycan şirkətləri üçün bu əlaqələrin inkişafı təkcə Çinlə ticarətin genişləndirilməsi baxımından deyil, həm də Çinin müxtəlif regionlarındakı istehsalçılar, texnologiya şirkətləri və potensial tərəfdaşlarla əlaqələrin qurulması üçün imkanlar yaradır.

Agentliyin həmsöhbəti vurğulayıb ki, Çin şirkətləri də Azərbaycan bazarına maraq göstərir və ölkənin coğrafi mövqeyindən, infrastrukturundan və regional bağlantıdan beynəlxalq bizneslərini genişləndirmək üçün istifadə imkanlarını araşdırır.

Onun fikrincə, sərhədyanı ticarət, logistika və təchizat zəncirləri, gömrük və rəqəmsal xidmətlər, avadanlıq istehsalı, energetika və yeni enerji texnologiyalarına xüsusi maraq göstərilib.

B.Li hesab edir ki, məhz bu cür əlaqələrin inkişafı Orta Dəhlizin daha geniş əhəmiyyətini üzə çıxarır: “Mən Orta Dəhlizə nəqliyyat marşrutundan daha geniş anlayış kimi baxıram. Onun əsl dəyəri yeni ticarət, biznes və sənaye əlaqələrinin yaradılmasındadır”.

Onun fikrincə, Sıçuan və Çinin digər qərb regionlarından olan şirkətlər Azərbaycan və qonşu ölkələrin bazarlarına daha səmərəli çıxış əldə etmək üçün bu marşrutdan istifadə edə bilərlər. Öz növbəsində, Azərbaycan Çin şirkətləri tərəfindən Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropanın daha geniş bazarlarına çıxış üçün potensial platforma kimi nəzərdən keçirilə bilər.

Orta Dəhlizin Çin biznesi tərəfindən necə qəbul edildiyindən danışan B.Li bildirib ki, marşruta maraq tədricən artır. Onun fikrincə, qlobal təchizat zəncirləri daha şaxələndirilmiş, sabit və dayanıqlı nəqliyyat həllərinə yönəldikcə Orta Dəhlizin əhəmiyyəti getdikcə daha aydın görünür: “Çin şirkətləri ilə apardığımız müzakirələrdə əsasən üç amil önə çıxır: tranzit müddəti, təchizat zəncirlərinin etibarlılığı və biznesin aparılmasının asanlığı”.

Agentliyin həmsöhbəti həmçinin vurğulayıb ki, Azərbaycan bu sistemdə yalnız tranzit ölkə deyil. Onun sözlərinə görə, ölkə dəmir və avtomobil yollarını, limanları və logistika xidmətlərini birləşdirən mühüm regional qovşağa çevrilir, eyni zamanda, dəmir yolu, dəniz və rəqəmsal infrastrukturu inkişaf etdirməkdə davam edir.

Bununla yanaşı, ICNIRO-nun həmtəsisçisi əmindir ki, Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması yalnız infrastrukturun daha da inkişaf etdirilməsindən asılı deyil.

“Marşrut boyunca ölkələr arasında səmərəli koordinasiya və dəhlizin bütün uzunluğu üzrə prosedurların sadələşdirilməsi də az əhəmiyyət daşımır. Bura dəmir yolu, liman və logistika əməliyyatları sahəsində Çinlə marşrut boyunca yerləşən ölkələr arasında koordinasiyanın yaxşılaşdırılması, gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi, müxtəlif ölkələrin rəqəmsal və məlumat mübadiləsi sistemlərinin uyğunluğunun artırılması, daha sabit və davamlı tranzit müddətinin, eləcə də konteyner daşımalarının daha sabit həcmlərinin və müntəzəm dəmir yolu xidmətlərinin təmin edilməsi daxildir. Xüsusilə də rəqəmsallaşma mühüm rol oynayacaq”, - deyə ICNIRO-nun həmtəsisçisi deyib.

B.Li “Vahid pəncərə” və Rəqəmsal Logistika Platforması kimi həllərin inkişaf etdirilməsini, eləcə də elektron sənədlərdən, real vaxt rejimində məlumat mübadiləsindən və intellektual gömrük həllərindən istifadənin genişləndirilməsini də qeyd edib. O, həmçinin bildirib ki, bu il Azərbaycanın gömrük nümayəndə heyətinin Çinə səfəri zamanı rəqəmsal gömrük, süni intellekt və Orta Dəhlizlə bağlı əməkdaşlıq Çin tərəfi ilə müzakirə olunan istiqamətlər arasında olub.

B.Li hesab edir ki, Azərbaycan gələcəkdə Asiya və Avropa bazarları arasında əlaqələndirici halqa kimi daha mühüm rol oynaya bilər. Onun sözlərinə görə, söhbət yalnız Çin mallarının Avropaya daşınmasından deyil, həm də daha çox Çin şirkətinin Azərbaycan, Qafqaz, Türkiyə və Avropadakı bazarları və biznes imkanlarını daha yaxşı anlamasına kömək etməkdən gedir: “Bu baxımdan Orta Dəhliz tədricən adi nəqliyyat marşrutundan daha böyük bir sistemə çevrilə bilər. Orta Dəhliz infrastrukturunun gələcək inkişafı, rəqəmsallaşma və sərhədlərarası koordinasiya marşrutunun Çin və Avropa arasında ticarət üçün daha əhəmiyyətli strateji yola çevrilməsinə şərait yarada bilər. Bununla yanaşı, Azərbaycan regional qovşaq kimi mühüm və unikal rol oynayacaq”.

Müxbir – Lalə Minasazova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan millisinin basketbolçusu: Göstərə biləcəyimiz maksimum nəticəni əldə etdik

ICESCO "İslam dünyasının sivilizasiya platforması” adlı xüsusi proqramının hazırlanmasını başa çatdırıb

Fransada universitet ödənişləri beşqat arta bilər: tələbələr və ekspertlər üz-üzə

Bakı Dövlət Universitetində Bilik Günü qeyd olunub

Baş Kollektiv Saziş çərçivəsində işçilər hansı əlavə təminatlar əldə edəcəklər?

Yanvar-iyun aylarında Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 94 dollardan çox olub

Birinci yarımildə Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi 748 milyon dolları ötüb

İsveçrədə Azərbaycan mədəniyyəti təntənəsi: Montrö səhnəsində qala-konsert

Vəkillər məhkumlara növbəti dəfə hüquqi yardım göstəriblər

1918-ci il 15 sentyabr: Bakının azad edilməsi tarixinə bir nəzər

Burhanəddin Duran: Türk dünyasının ortaq ağıl və güclü həmrəyliklə hərəkət etməsi zamanın tələbidir

Qusarda Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlərlə bağlı monitorinqlər aparılıb

Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Yusif Mahmud əs-Siddiqi: Şeyx Şirvaninin mənəvi və fəlsəfi düşüncəsi qəlbi həqiqətə aparan yol kimi təqdim edir

Fərhad Pirinççi: Türk Dövlətləri Təşkilatı regional və qlobal miqyasda mühüm aktorlardan birinə çevrilib

Azərbaycan-Türkiyə münasibətlərinin müasir fəlsəfəsinin əsası - “Bir millət, iki dövlət”

Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilir VİDEO

Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilir VİDEO

Narkomanlığa qarşı mübarizə çərçivəsində bu il 234 maarifləndirici tədbir təşkil edilib

Elçin Babayev: BDU rəqabət qabiliyyətinə malik insan kapitalının yetişdirilməsi missiyasını uğurla yerinə yetirir

Direktor: 21 nömrəli məktəbdə 162 şagird üçün yeni təmayül modeli tətbiq olunacaq

Yardımlıda 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Yardımlıda 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Elnur Zeynalov: Muğam gecələri milli musiqi irsimizin təbliğində mühüm rol oynayır

“Neftçi”dən ayrılan Elvin Camalov “Qəbələ” ilə anlaşıb - EKSKLÜZİV

BMT Təhlükəsizlik Şurası Bab əl-Məndəb boğazındakı vəziyyəti müzakirə edəcək

Mərkəzi Bank: Cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb

Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqlayıb

Mustafa Aşurov: Dahi bəstəkarlarımızın miras qoyduğu musiqi ənənələrini yaşadırıq

Tural Gəncəliyev: Qarabağ və Şərqi Zəngəzura qayıdış daha da intensivləşəcək

Astaranın bəzi kəndlərində qaz təchizatı dayandırılıb, Yardımlıda isə fasilə yaranacaq

Nazirlik rəsmisi: Növbəti tədris ilində təhsillə yanaşı, tərbiyə məsələləri də ön plana çəkiləcək

İctimai Şuranın üzvü: Yeni Dövlət Proqramı qida təhlükəsizliyi sisteminin daha da güclənməsini təmin edəcək

Birincilər ilk dərs günündə nələr danışdılar? VİDEO

Birincilər ilk dərs günündə nələr danışdılar? VİDEO

Beynəlxalq konfransın iştirakçısı: Bakıda keçirilən tədbir Şeyx Seyid Yəhya Bakuvinin irsinə diqqəti artıracaq

Çinli ekspert: Orta Dəhliz Azərbaycanın regional logistika qovşağı kimi rolunu gücləndirə bilər

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qolunu vurub

“Sabah” mövsümə rekordla başladı – 4 oyuna 11 cavabsız qol

Nazir Anar Əliyev Qusarda vətəndaş müraciətlərini dinləyəcək

“Neftçi” Premyer Liqada 12 mövsümün rekordunu təkrarlayıb

Professor İlham Məmmədzadə: Bakı zəfəri Azərbaycan–Türkiyə qardaşlığının tarixi ifadəsidir

Ayətullah: Azərbaycan İslam elmlərinin beşiyi olub

Ötən gün 48 cinayətin açılması təmin olunub

Nigerli futbolçu: “Zirə”nin hədəfi həm yüksək pillələr, həm də kubokdur - MÜSAHİBƏ

Fransada balıqçılar yanacağın bahalaşmasına görə neft terminalını blokadaya alıblar

Finlandiya Fransanın nüvə çəkindirmə təşəbbüsünə qoşulur

® “Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

Quba-Xaçmaz regionu üzrə 6350 şagird birinci sinfə qədəm qoyub

Fransada uşaqların sosial şəbəkələrə girişinin qadağan edilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb VİDEO

Fransada uşaqların sosial şəbəkələrə girişinin qadağan edilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb VİDEO

15 Sentyabr – Bakı Zəfəri Azərbaycan dövlətçiliyinin tarixində dönüş nöqtəsidir

Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir

Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə qədəm qoyub VİDEO

Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə qədəm qoyub VİDEO

Milli Kitabxanada “15 Sentyabr – Bilik Günü” adlı sərgi istifadəçilərə təqdim olunub

Cəlilabad və Masallı ərazisində güclü duman müşahidə olunur – Görünüş məsafəsi 100 metrdir

Filippində sərnişin bərəsində baş vermiş yanğın nəticəsində 12 nəfər itkin düşüb VİDEO

Filippində sərnişin bərəsində baş vermiş yanğın nəticəsində 12 nəfər itkin düşüb VİDEO

Bakıda Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans davam edir

Birjalarda neftin bahalaşması davam edir VİDEO

Birjalarda neftin bahalaşması davam edir VİDEO

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Paytaxtın Yasamal rayonunun bu küçələrinin qaz təchizatında fasilə olacaq

Hafiz Paşayev: Yaxşı vətəndaş ibtidai məktəbdən yetişməlidir

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Azərbaycan neftinin qiyməti 127 dolları ötüb VİDEO

Azərbaycan neftinin qiyməti 127 dolları ötüb VİDEO

Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırıb

Nazir: Bu il şəhər məktəblərində I sinif uşaqlarının böyük əksəriyyəti məktəbəhazırlıq qruplarından gəlir VİDEO

Nazir: Bu il şəhər məktəblərində I sinif uşaqlarının böyük əksəriyyəti məktəbəhazırlıq qruplarından gəlir VİDEO

Bakının 7 prospektində və 11 küçəsində “Yaşıl dalğa” rejimi tətbiq edilir

BDU-da yeni tədris ili başlayıb

Keçmiş məcburi köçkün: 32 ildir Bakıdayıq, bu gün doğma torpağımıza qayıdırıq VİDEO

Keçmiş məcburi köçkün: 32 ildir Bakıdayıq, bu gün doğma torpağımıza qayıdırıq VİDEO

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Husilər Yəmənin şərqindəki döyüşlər zamanı 800 nəfəri əsir götürüblər

Tarixə yazılan qardaşlıq salnaməsi – Bakının işğaldan azad edilməsindən 108 il ötür

Səbinə Yusif: Qırmızı Bazar qəsəbəsinə köçdüyümüz üçün çox sevincliyik VİDEO

Səbinə Yusif: Qırmızı Bazar qəsəbəsinə köçdüyümüz üçün çox sevincliyik VİDEO

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür

Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bu, bizim üçün unudulmaz bir gündür VİDEO

Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bu, bizim üçün unudulmaz bir gündür VİDEO

İran rəsmisi: ABŞ şərtləri yerinə yetirməyənədək danışıqlar aparılmayacaq

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 50 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 50 ailə yola salınıb VİDEO

Türkiyəli sosioloq: Uşaqlar üçün sosial şəbəkələrə qadağa əsaslıdır

Tramp süni intellektin təhlükəsi ilə bağlı iddiaları yalan adlandırıb

Pentaqon əməkdaşlarına UNO məlumatlarını açıqlamağa icazə verib

18 əsərin sehri - Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

Husilər Yəmənin əsas şəhəri olan Taiz şəhərinə doğru irəliləyirlər

Vuçiç sentyabrın 27-də Serbiya Prezidenti vəzifəsindən istefa verəcək

SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb

Sudanın Darfur bölgəsində son 40 ilin ən quraq mövsümü yaşanır

Azərbaycanın aerobika gimnastı: Qızılın sahibi biz olmalı idik

Yəməndə son döyüşlər nəticəsində qaçqın düşənlərin sayı 94 min nəfərə çatıb

İspaniyada uğurlu nəticə qazanan Azərbaycan gimnastları Vətənə qayıdıblar

Naxçıvan Dövlət Kukla Teatrının 37-ci ildönümü qeyd olunub

“Gənclərin səsi – gənclərə dəstək”: layihə uğurla davam edir

Zaqatalada kənd təsərrüfatının inkişafına yeni layihələrlə töhfə verilir

Ciddədə VI Həcc konfransı və sərgisi keçiriləcək

Agentlik: Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb

Azərbaycan Tibb Universitetinin Anatomiya Muzeyinin kolleksiyasından “çoxkəlləli qəbir”ə aid beş qədim kəllə

Şəki rayonunun aqrar potensialından səmərəli istifadə edilməsi istiqamətində layihələrin icrası davam etdirilir

Ər-Riyadda IV Beynəlxalq Dənizçilik Forumu keçiriləcək

Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb

Bakıda TDT-yə üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşü iştirakçılarının şərəfinə ziyafət təşkil olunub

Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dünyaşöhrətli alim Zaqatalada müəllimlərlə görüşüb

Çimərlik güləşi üzrə Azərbaycan millisi Dünya Seriyasının finalına hazırlaşır

Almaniyanın Litvadakı briqadasında şəxsi heyətin 80 faizi könüllülər hesabına komplektləşdirilib

Premyer Liqa: Son çempiondan inamlı qələbə