Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi açıqlanıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Bu ilin altı ayında Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi 5 milyard 360 min dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov altı ayın yekunlarına dair tədiyə hesabatının açıqlanmasına dair brifinqdə deyib.
Onun sözlərinə görə, ilk beşlikdə İtaliya, Türkiyə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstan qərarlaşıb.
Hesabat dövründə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 3 milyard 666 milyon 873 min dollar olub. İlk beşlikdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Türkiyə, Kipr, Rusiya, İran İslam Respublikası yer alıb.
Foto -Xanlar Əlizadə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]