“Sabah” mövsümə rekordla başladı – 4 oyuna 11 cavabsız qol
Bakı, 15 sentyabr, AZƏRTAC
“Sabah” Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün startında ardıcıl 4-cü quru hesablı qələbəsini qazanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadla xəbər verir ki, bu, ölkə çempionatları tarixində yüksək dəstədə 4-cü belə seriyadır. “Xəzri” 1995/96, “Xəzər Lənkəran” 2017/2018, “Qarabağ” 2019/2020-ci illər mövsümündə ilk 4 matçında qol buraxmadan qələbələri sıralayıb. 21 il əvvəl top fərqi 6-0, sonrakı iki seriyada 10-0 olubsa, “Sabah” dörd qələbəni daha çox – 11 cavabsız qolla qazanıb.
V turda “Şəfa”nı 3:0 hesabı ilə məğlub edən “Sabah” Premyer Liqada 10-cu dəfə böyükhesablı səfər qələbəsi əldə edib. Paytaxt təmsilçisi rəqib meydanda ən azı 10 belə qalibiyyəti olan 11-ci komanda olub. İlk belə qələbə 2021-ci il dekabrın 16-da “Səbail”lə matça təsadüf edib – 3:0.
Bu qarşılaşmada fərqlənən Velko Simiç “Sabah”ın heyətində 20-ci qoluna imza atıb. O, bu yubileyə 46-cı matçında çatıb. Serbiyalı yarımmüdafiəçi Premyer Liqada 13 (31 oyun), kubokda 1 (6 oyunda), UEFA Çempionlar Liqasında 6 (9 oyunda) dəfə fərqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [11:15]
“Neftçi”dən ayrılan Elvin Camalov “Qəbələ” ilə anlaşıb - EKSKLÜZİV
- 15.09.2026 [10:49]
“Neftçi” Premyer Liqada 12 mövsümün rekordunu təkrarlayıb
- 15.09.2026 [00:33]
Azərbaycanın aerobika gimnastı: Qızılın sahibi biz olmalı idik
- 15.09.2026 [00:02]
İspaniyada uğurlu nəticə qazanan Azərbaycan gimnastları Vətənə qayıdıblar
- 14.09.2026 [21:51]
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
BDU-da yeni tədris ili başlayıb
- [08:40]
Naxçıvan Dövlət Kukla Teatrının 37-ci ildönümü qeyd olunub
- 14.09.2026 [23:41]
“Gənclərin səsi – gənclərə dəstək”: layihə uğurla davam edir
- 14.09.2026 [23:30]
Zaqatalada kənd təsərrüfatının inkişafına yeni layihələrlə töhfə verilir
- 14.09.2026 [23:12]
Ciddədə VI Həcc konfransı və sərgisi keçiriləcək
- 14.09.2026 [22:41]
Agentlik: Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
- 14.09.2026 [22:25]
Ər-Riyadda IV Beynəlxalq Dənizçilik Forumu keçiriləcək
- 14.09.2026 [22:02]
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- 14.09.2026 [21:51]
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
- 14.09.2026 [21:47]
Dünyaşöhrətli alim Zaqatalada müəllimlərlə görüşüb
- 14.09.2026 [21:25]
Premyer Liqa: Son çempiondan inamlı qələbə
- 14.09.2026 [20:58]