Premyer Liqa: Son çempiondan inamlı qələbə
Bakı, 14 sentyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son oyun günündə "Şəfa" son çempion "Sabah"ı qəbul edib. "SOCAR Polymer Arena"da keçirilən qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Patrik Mbina, Abdulah Xaybulayev və Velko Simiç vurublar.
Hazırda bir oyun az keçirən "Sabah" 12 xalla 1-ci, aktivində 3 xalı olan "Şəfa" isə 10-cu sırada yer alıb.
Qeyd edək ki, əvvəlki oyunlarda “Neftçi” “İmişli”yə 3:2, “Kəpəz” “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəlib. “Sumqayıt” – “Şamaxı” (1:1), “Araz-Naxçıvan” – “Turan Tovuz” (2:2) və “Zirə” – “Qarabağ” (1:1) görüşləri isə heç-heçə ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [20:05]
“Neftçi” Elvin Camalovla vidalaşıb
- 14.09.2026 [20:00]
Ayxan Abbasovun millinin heyətini açıqlayacağı tarix bəlli olub
- 14.09.2026 [18:23]
AFFA-nın təşkilatçılığı ilə “Yaşıl Top” sosial layihəsinə start verilib
- 14.09.2026 [18:00]
Türkiyəli baş məşqçi: Oyundan razı qalsam da, nəticə məni qane etmədi
- 14.09.2026 [16:22]