Almaniyanın Litvadakı briqadasında şəxsi heyətin 80 faizi könüllülər hesabına komplektləşdirilib
Berlin, 14 sentyabr, AZƏRTAC
Almaniya Silahlı Qüvvələrinin (Bundesver) Litvada yerləşdirilən briqadasının şəxsi heyətinin hazırda 80 faizi könüllülər hesabına komplektləşdirilib.
AZƏRTAC xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin məlumatında briqadanın NATO-nun şərq cinahında 2027-ci ilin sonunadək tam döyüş qabiliyyətinə malik olmasının planlaşdırıldığı qeyd edilib.
Müdafiə naziri Boris Pistorius bildirib ki, briqadanın nəzərdə tutulan vaxtda fəaliyyətə başlaması üçün infrastruktur, texnika və şəxsi heyətin vaxtında təmin edilməsi nəzərdə tutulur. Hazırda Litvada yerləşən hissə üzrə şəxsi heyətin komplektləşdirilmə səviyyəsi isə 92 faiz təşkil edir. 2027-ci ilin sonuna qədər burada 4800 əsgər və 200 mülki işçinin xidmət aparması nəzərdə tutulur.
Nazirliyin məlumatına görə, aprelin sonundan könüllü müraciətlərin sayı təxminən 20 faizdən 80 faizə yüksəlib. May ayından etibarən 2500-dən çox hərbçi Litvadakı briqadada xidmət üçün könüllü müraciət edib.
Bununla belə, çatışmayan bəzi ixtisaslar üzrə, o cümlədən logistika və informasiya texnologiyaları sahələrində məcburi təyinatın tətbiqi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [19:43]
Tramp: İran tezliklə razılaşma əldə etmək istəyir
- 14.09.2026 [18:28]
Avropada qaz anbarlarının doluluq nisbəti 68 faizi ötüb
- 14.09.2026 [17:07]
Yunanıstanda Qərbi Nil virusuna yoluxaraq ölənlərin sayı 30-a çatıb
- 14.09.2026 [17:00]