Çimərlik güləşi üzrə Azərbaycan millisi Dünya Seriyasının finalına hazırlaşır
Bakı, 14 sentyabr, AZƏRTAC
Çimərlik güləşi üzrə milli komanda bu gün Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında ümumi və xüsusi hazırlıq üzrə toplanışa start verib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 23-dək davam edəcək TMT-də yığmanın baş məşqçisi Oyan Nəzəriani və məşqçi İbrahim Yusubovun rəhbərliyi altında Rübail İbrahimli, Tunar Quliyev, Hüseyn Sevdimov (hamısı 70 kq), Vüsal Əliyev, Sahib Dadaşov, Nihad Süleymanlı (hamısı 80 kq), Əşrəf Aşırov, Elgün Kərimli (hər ikisi 90 kq) və Camal Feyziyev (+90 kq) iştirak edəcək.
Qeyd edək ki, toplanış sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində keçiriləcək Dünya Seriyasının final mərhələsinə hazırlıq xarakteri daşıyır. Hazırlıq prosesinə cəlb edilən yeniyetmə güləşçilər isə noyabrda Seneqalın paytaxtı Dakarda təşkil ediləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlaşır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [21:51]
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- 14.09.2026 [20:58]
Premyer Liqa: Son çempiondan inamlı qələbə
- 14.09.2026 [20:05]
“Neftçi” Elvin Camalovla vidalaşıb
- 14.09.2026 [20:00]
Ayxan Abbasovun millinin heyətini açıqlayacağı tarix bəlli olub
- 14.09.2026 [18:23]
AFFA-nın təşkilatçılığı ilə “Yaşıl Top” sosial layihəsinə start verilib
- 14.09.2026 [18:00]