Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hafiz Paşayev: Yaxşı vətəndaş ibtidai məktəbdən yetişməlidir

Bakı, 15 sentyabr, AZƏRTAC

Bəşəriyyəti universitetlərin yaramasına gətirən səbəb peşəkar bilikləri sistemləşdirilmə və mövcud həqiqətlərin hüdudlarını birgə axtarışlar vasitəsilə sorğulama ehtiyacı idi.

Orta əsrlərdə Bolonya, Paris, Oksford kimi məkanlardan bu günə qədər uzanan universitet missiyasına dair fikirlər də əsasən iki məktəbə haçalanır. İki böyük təhsil mütəfəkkirinin təbirincə desək, Viktorian dövrünün alimi Henri Nyuman universiteti intellektual yetkinlik və hərtərəfli şəxsiyyəti formalaşdıran ocaq kimi qiymətləndirirdi. İkinci Dünya müharibəsindən sonrakı Almaniyada yeni dünyaya nəzər salan Karl Yasper isə elmi tədqiqatı peşə təlimindən ayırmırdı və universiteti həqiqətin fasiləsiz axtarışının meydanı kimi görürdü.

Müstəqil Azərbaycanın müasir universitet sualına cavabı olan ADA Universiteti bu il 20 illiyini qeyd edir. Universitetin rektoru, tanınmış alim və diplomat Hafiz Paşayev ASAN Radionun direktoru Emin Musavi ilə müsahibəsində iki onilliyə nəzər salıb gələcək barədə fikirlərini bölüşmüşdür. AZƏRTAC müsahibəni təqdim edir.

-Hafiz müəllim, bugünkü ADA illər öncə təsəvvür etdiyiniz kimidir, yoxsa…?

-Hərdən buna möcüzə kimi baxıram. Bu qədər gözləmirdik. İdeyası təbii surətdə yarandı, çünki ölkədə yeni universitetə böyük ehtiyac var idi. Mən 2006-cı ildə Amerikada səfir vəzifəmi bitirəndə son çıxışımı universitetlərdən birində etmişdim və demişdim ki, bura akademiyadan gəlmişəm, akademik dünyaya da qayıtmalıyam. İlk növbədə, əlbəttə, təhsil sahəsini nəzərdə tuturdum. Amerika universitetləri nümunəsində görürdüm ki, onlar cəmiyyəti qidalandıran və inkişaf etdirən mənbədir. Hamı bilir ki, əlbəttə, universitet vacib bir institutdur - cəmiyyət onsuz inkişaf edə bilməz. Qayıtdıqdan sonra cənab Prezidentlə söhbətdə bildirdim ki, icazə versəniz bir universitet yaradardıq. O, qeyd etdi ki, əvvəl diplomatiya sahəsini təkmilləşdirmək, yeni kadrlar yetişdirmək lazımdır. Azərbaycan Diplomatik Akademiyası belə yarandı. Xarici İşlər Nazirliyində bir neçə əməkdaşla iki otaqda başladıq. Diplomatlara ilk təlimləri keçmək üçün ABŞ-nin Corctaun Universitetindən üç professor dəvət etmişdik. Yerimiz olmadığına görə, ilk təlimləri o zaman fəaliyyətdə olan “Abşeron” hotelində keçdik. Birhəftəlik təlim, demək olar ki, bizim gələcək istiqamətimizi müəyyənləşdirdi. Daha sonra universitet ideyası üzərində işləyəndə, bunun kampus şəklində olması bizim üçün vacib idi. Tikinti işlərimizə amerikalı memarlarla başladıq. İndiyə qədər də eyni üslubda davam edirik. 2012-ci ildə yeni kampusumuzun açılışında cənab Prezident iştirak etdi və burada Azərbaycan səfirlərinin toplantısı keçirildi. Çox yaxşı qarşılandı.

Amma, əlbəttə ki, universitet tək binalar deyil, onun tələbələridir. Ona görə də tələbə artımı və tədris proqramlarının genişlənməsi və yenilənməsi həmişə diqqətimizdə olub. Bu gün 5000-dən çox tələbəmiz, 40-a yaxın bakalavr və magistr proqramlarımız var. Əsl böyük universitetə çevrilmişik. Amma bundan daha çox böyümək planlarımız yoxdur. Bəlkə tələbələrimizin sayını 7000-ə çatdırdıq. Çox yox. Çünki həm keyfiyyəti, həm də universitetin simasını saxlamaq istəyərdik. Açdığımız ixtisasların əksəriyyətini, deyim ki, cənab Prezident özü müəyyənləşdirib. Məsələn, ən son əlavə etdiyimiz İtaliya-Azərbaycan Universiteti çərçivəsində kənd təsərrüfatı, qida elmləri, memarlıq, dizayn kimi ixtisasları. Onlar sırf cənab Prezidentin baxışına uyğun həyata keçirildi. Bu ixtisaslar üzrə artıq yüzlərlə tələbəmiz var. Doğurdan da, olduqca vacib sahələr kimi, diqqətimizi onlara yönəldirik ki, həmin ixtisasların nüfuzu qalxsın və bura yaxşı oxuyan tələbələr gəlsin. Sirr deyil, kənd təsərrüfatı sahəsinə cavanlar o qədər də meyilli deyildilər. Lakin gələcək bu ixtisaslarla bağlıdır. Həmişə deyirəm, bu sahə ölkəmizin ən vacib sahələrindən olacaq və həm də yüksək maaşlar verəcək. Gənclər də bunu başa düşməlidir. Builki qəbul ballarında həmin ixtisaslara dair yüksəliş görürük. Başqa ixtisaslarımız həmişə yüksək ballı tələbələr cəlb edirdi. Bu sahəyə maraq isə artıq hiss olunur. Beləliklə, bizim vəzifəmiz odur ki, dünya kontekstində Azərbaycanın ehtiyaclarını nəzərə alaraq inkişaf edək. Ölkənin hazırkı inkişaf mərhələsi yeni kadrlar tələb edir. Əks təqdirdə, biz qabaqcıl ölkələrdən geri qala bilərik. Hər şeyi müəyyənləşdirən təhsildir. Bu mənada, biz, sanki ön cəbhədəyik və müəllimlərimiz də, bütün heyətimiz də bunu yaxşı başa düşür və məsuliyyətlə yanaşırlar.

Gələcəklə bağlı digər planlarımız burada yarada bildiyimiz təhsil standartlarını bölgələrimizdə də yaratmaqdır. Çünki bölgədən olan tələbə dörd-beş il evindən ayrılıb gəlir Bakıya. Bu, ona həm iqtisadi, həm də sosial baxımdan çətindir. Elə etmək istəyirik ki, bölgədən olan tələbə təhsilini elə evə yaxın alsın. Ümumiyyətlə, dünya trendləri bakalavr təhsilinin üç ilə mümkün olduğunu göstərir. Onun üzərində də çalışırıq və yaxın gələcəkdə tətbiq edəcəyik.

-Siz özünüz də yəqin şahidi olursunuz ki, əvvəllər gənclər imkan olanda ya öz hesablarına, ya da Xaricdə Təhsil Dövlət Proqramı hesabına Amerika, Avropa və ya digər ölkələrin universitetlərinə üz tuturdular. Amma indi trend dəyişdi - ADA-ya qəbul olub, ingilis dilində təhsili burada almaq istəyənlərin sayı çoxalıb.

-Elədir. Amma qeyd etmək lazımdır ki, bu trend öz-özünə dəyişmədi. Onu biz dəyişdirdik. Əslində, məqsədlərimizdən biri də əzəldən bu idi - bizim cavanlar keyfiyyətli təhsili ailədən ayrılmadan ölkədə ala bilsinlər. Keyfiyyətli təhsili təşkil etmək asan olmasa da, məqsəd qoyanda, düzgün və düşünülmüş proqramlar tərtib edəndə mümkündür. Bu prosesdə müəllimlərin tapılması və yetişdirilməsi əsas məsələ idi. ADA-nı başlayanda elə ilk mərhələdə gördüyümüz iş dünyanın qabaqcıl universitetlərində oxuyan azərbaycanlıları tapmaq idi. Yadımdadır, ilk siyahımızda 120 ad var idi. Onlar Bakıda məktəbi bitirib, Türkiyədə bakalavr təhsili alıb, daha sonra Amerikada və Avropada doktoranturada davam edənlər idi. Bu siyahı üzrə hamıya məktub göndərdik və onları Bakıya dəvət etdik. Görüş vaxtını da Bakıya Yeni İl bayramı üçün gəldikləri zamana uyğunlaşdırmışdıq. Üçgünlük tanışlıq proqramı düzəltdik. Onların işləri, tədqiqatları, tədris sahələri barədə söhbət etdik, planlarını öyrəndik. Və həmin 120 nəfərlik qrupdan təxminən 20 nəfəri ADA-ya işləməyə gəldi. Ehtimal edə bilərsiniz ki, onlar artıq oturuşmuş adamlar idi, xaricdə yaxşı maaşlar alırdılar. Bizim bacarığımız elə o oldu ki, onlara aldıqları maaşa yaxın maaş düzəldə bildik. Və bu təcrübə ilə də davam etdik. Buna görə də, doğru qeyd edirsiniz, valideynlər öz yetirmələrini bizə artıq tam əminliklə etibar edirlər. Çünki burada gözəl kampus da var, keyfiyyətli təhsil də, evə yaxın olmaq da və ingilisdilli tədris də. Qoyduğumuz qaydalara da ilk gündən riayət edirik - burada nə tapşırıq, nə də hər hansı güzəştlər işləyir. İlk illərdə, xatırlayıram, düşünürdülər ki, rektora zəng vursalar, dekana zəng vursalar nə isə dəyişə bilər. Lakin sonra anladılar ki, burada mədəniyyət fərqlidir. Sağ olsunlar, indi zəng vuran yoxdur daha-xahişlər, təzyiqlər bitib. Qəbul ediblər ki, ADA-da belə şeylər işləmir. Məncə, bu şərti saxlamaq ADA Universitetinin nüfuzunu qaldıran amillərdən oldu.

-İngilisdilli olmaq əvvəllər sensasiyaya bənzər idi. Məncə, son illər artıq belə deyil. Sərbəst danışanlar çoxdur. Bunu gənclərimiz arasında hiss edirsinizmi?

-Abituriyentlər bizə müxtəlif yerlərdən gəlirlər- Azərbaycandilli məktəblərdən, rusdilli, ingilisdilli. Bunun əsasında onların hətta şəxsiyyətlərində belə fərqlər görmək olur. Bu mənada, ADA bu fərqlərin hamısını sanki sıfırlayır. Ümumiyyətlə, dil məsələsinə gəldikdə, əgər biz Azərbaycan vətəndaşı yetişdirmək istəyiriksə, o heç olmasa orta məktəbə qədər mütləq Azərbaycan dilində təhsil almalıdır, Azərbaycan məktəbinə getməlidir. Onlar məktəbdə Azərbaycan klassiklərini öz dillərində oxumalı, tariximizi, əsərlərimizi bilməlidir. Bununla bağlı, mən, hələ də çətinlik müşahidə edirəm. Bəzi cavan ailələr elə hesab edirlər ki, övladları hansısa əcnəbi dildə təhsilə başlasa, dünyaya daha hazırlıqlı olacaqlar. Amma, öz təcrübəmizdən deyə bilərəm ki, bizə Azərbaycan məktəblərindən gələn məzunlar bütün dünya trendlərinə qat-qat tez alışıb hazırlıqlı olurlar. Üstəlik, Azərbaycandilli olaraq iş bazarına rahat uyğunlaşırlar. ADA Universitetinin təhsil fəlsəfəsində bu var - biz ADA Məktəbi, yuxarı sinif məktəbi yaradanda təhsili ingilis dilində başladıqsa, ADA İbtidai Məktəbində tədrisi Azərbaycan dilində etdik. Bununla da, artıq ibtidai təhsildən onları vətəndaş kimi yetişdiririk. Əgər bir tələbə uşaqlıqdan Cəlil Məmmədquluzadəni, Abbas Səhhəti və digər klassiklərimizin nümunələrini oxuyub bura gəlmirsə, o, Azərbaycan kimliyini, mədəniyyətini, irsini yuxarı yaşlarda tam qavraya bilmir. İbtidai səviyyədə təhsil Azərbaycan dilində, Vətən dilində olmalıdır. Bu günlərdə bizim məktəbə hətta xaricilər belə övladlarını gətirib Azərbaycandilli ibtidai təhsilə verirlər. Görünür, onlar burada gələcək imkanları düzgün qiymətləndirərək övladlarının həyatını Azərbaycanla bağlayacaqlarını anlayırlar. Bizim də valideynlər eyni düşünməlidir - əgər onlar öz uşaqlarının həyatlarını Azərbaycanda görürlərsə, təhsilə Azərbaycan dillində başlanmalıdır. Baxın, bu günlərdə nəinki dövlət təşkilatlarında, hətta özəl sektorda belə Azərbaycan dili işçi dili olmayanları qəbul etmirlər. Keçmişdə bunsuz, bəlkə də, keçinmək olardı. Amma indi olduqca vacib və lazımlıdır. Sovet vaxtlarında rusca oxumaq müəyyən bir dəb idi. İndi də dəb ingilis dilinədir. Niyə Azərbaycanca yox? Dil sadəcə bir alətdir. Amma sənin varlığını müəyyən edən Vətən dilindir. Azərbaycanda ibtidai mərhələdə təhsili Azərbaycan dilində almaq lazımdır.

- ADA-nın əsas dəyərləri arasında akademik mükəmməllik xüsusi yer tutur. Sizcə, yaxşı tələbə necə olmalıdır?

-Mənim fikrimcə, ilk növbədə yaxşı vətəndaş olmalıdır. Burada bilik alırlar, lakin mütəxəssislik daha sonra onun tətbiqi zamanı gəlir. ADA məzunu əvvəl yaxşı vətəndaş, daha sonra yaxşı mütəxəssis olmalıdır. Universitetdən qazandığı əsas qabiliyyət bu olmalıdır ki, qarşısına qoyduğu məqsədlərə necə çatacağını bilsin. Öz gəncliyimdən xatırlayıram, Moskvada Kurçatov İnstitutunda bizə deyirdilər ki, elmlər namizədi diplomu əslində sənin ali məktəbdə aldığın biliklərin təsdiqidir. Bununla hələ alim olmursan. Əsl alim doktorluğa yiyələnəndir. Yəni, biz tələbələrə biliklə yanaşı, müəyyən bacarıqlar və vərdişlər verməliyik ki, həyatlarını necə davam etdirəcəklərini bilsinlər.

- Bəs Sizin üçün yaxşı vətəndaş olmaq nədir?

-Yaxşı vətəndaş nümunə olmaqdır. Mənim üçün budur. Yəni harada olduğunuzdan, nə işlə məşğul olduğunuzdan asılı olmayaraq elə edəsiniz ki, sizə görə utanmasınlar. Mən, həmişə bunu nəzərdə saxlamışam- mənə görə anam, atam utanmasın. Xaricdə işləyəndə Vətən mənə görə utanmasın. İndi təhsildəyəm- elə işləyim ki, cəmiyyətin universitetdən olan gözləntilərini doğruldum, cəmiyyət mənə görə utanmasın. Bu qədər sadə.

  -Yəni, Sizin “düsturunuz” nümunədir?

-Bəli, hər işdə nümunə olmaq. Məsələn, bu nümunələrdən ən yaxşısı cənab Prezidentdir. O, tək öz ölkəsi üçün yox, dünya üçün də nümunədir, bilirsiniz. Hətta media və kommunikasiyaya gəldikdə belə, cənab Prezident öz nümunəsi ilə jurnalistlərimizə böyük tərbiyə və bacarıq nümunəsidir. Azərbaycan diplomatiyası bu gün elə cənab Prezidentin diplomatiyasıdır. Onun diplomatik bacarığı nümunədir. Onun dərslərini yaxşı mənimsəyib öz tələbələrimizə çatdırmalıyıq. Müəllim sinif otağında nümunədir. Gənclərə ən yaxşı tərbiyə verməyin yolu odur. İşində, həyatında nümunə olmaq, amma bunu təvazökarlıqla etmək. Bizim şəhidlərimiz hər biri nümunədir. Bunu tələbələrimizə daim xatırladırıq ki, onların şəhidlik yolu Vətəni hərbidə müdafiə etmək idisə, sizin şəhidlik yolunuz öz sahələrinizdə Vətəni qorumaq və müdafiə etməkdir. Onların vuruşub, qazandığı qələbənin üzərində rahatlaşmaq olmaz. Bizi qarşıda daha çox və daha vacib işlər gözləyir. Bunun üçün hər bir gəncimiz işinə şəhid nümunəsi ilə məsuliyyətlə yanaşmalıdır.

  -Hafiz müəllim, bu il ADA kimi siz də xüsusi təqviminizi qeyd etdiniz. Adınızla bağlı söhbətlərdə deyirlər ki, bu yaşda intensiv iş rejimindən kənara çəkilib dincəlmək, sadəcə həyatdan zövq almaq olardı. Siz bunu necə şərh edərdiniz?

-Mənim üçün həyatdan zövq almaq elə budur- işimdən, tələbələrlə və müəllimlərlə ünsiyyətdən zövq alıram. Təqaüdə çıxanlar cəmiyyətdən tam ayrılmırlar ki. Cavanlarla işləmək adamı ruhlandırır. Vətənin bu mərhələsində ehtiyaclar çoxdur. O cümlədən, təhsil sahəsində. Bəlkə də elə ən böyük ehtiyac təhsildədir. Bu gün yetişdirdiyimiz gənclər Vətənin gələcəyini müəyyənləşdirəcəklər. Nə qədər onları yaxşı yetişdirsək, o qədər də Vətənin gələcəyi yaxşı olacaq. Mənim fikrim budur. Azərbaycan gözəl ölkədir. Onun daim qayğısına qalmaq vacibdir. Hər yeni tədris ilimizi bu fikirlə başlayaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə