Elnur Zeynalov: Muğam gecələri milli musiqi irsimizin təbliğində mühüm rol oynayır
Bakı, 15 sentyabr, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində keçirilən “Muğamat axşamı” tədbirləri muğam sənətimizin qorunub yaşadılması, onun zəngin ənənələrinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Mərkəzdə mütəmadi olaraq muğam gecələrinin, eləcə də bu istiqamətdə müxtəlif layihələrin təşkili milli musiqi irsimizin təbliği və inkişafı baxımından xüsusi önəm kəsb edir.
Bunu AZƏRTAC-a açıqlamasında muğam ifaçısı, Əməkdar artist, Prezident mükafatçısı Elnur Zeynalov deyib.
O bildirib ki, bu cür tədbirlər muğam sənətinin canlı ifa ənənələrinin qorunmasına, sənətkarların yaradıcılıq imkanlarının nümayişinə və muğamın daha geniş auditoriyaya çatdırılmasına böyük töhfə verir.
“Mən də bu tədbirlərdə ifaçı kimi iştirak edərək muğam sənətimizin yaşadılmasına, onun zəngin ənənələrinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına öz töhfəmi verməyə çalışıram. Muğam Azərbaycan xalqının zəngin mənəvi-mədəni irsinin mühüm tərkib hissəsidir. Bu sənətin yaşadılması yalnız onun ifa olunması ilə məhdudlaşmır. Eyni zamanda, muğam ənənələrinin gənc nəslə aşılanması, peşəkar ifaçılıq məktəbinin inkişaf etdirilməsi və sənətin geniş ictimaiyyətə təqdim olunması da olduqca vacibdir”, - deyə Əməkdar artist qeyd edib.
Müxbir – Gülay Nəzərova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [11:41]
İsveçrədə Azərbaycan mədəniyyəti təntənəsi: Montrö səhnəsində qala-konsert
- 15.09.2026 [03:30]
18 əsərin sehri - Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək
- 14.09.2026 [23:30]
“Gənclərin səsi – gənclərə dəstək”: layihə uğurla davam edir
- 14.09.2026 [15:23]
Milli Dram Teatrında premyera həyəcanı: “Dayının yuxusu”
Bu saata olan əsas xəbərlər
- [12:00]
BDU-da yeni tədris ili başlayıb
- [08:40]
Naxçıvan Dövlət Kukla Teatrının 37-ci ildönümü qeyd olunub
- 14.09.2026 [23:41]
“Gənclərin səsi – gənclərə dəstək”: layihə uğurla davam edir
- 14.09.2026 [23:30]
Zaqatalada kənd təsərrüfatının inkişafına yeni layihələrlə töhfə verilir
- 14.09.2026 [23:12]
Ciddədə VI Həcc konfransı və sərgisi keçiriləcək
- 14.09.2026 [22:41]
Agentlik: Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
- 14.09.2026 [22:25]
Ər-Riyadda IV Beynəlxalq Dənizçilik Forumu keçiriləcək
- 14.09.2026 [22:02]
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- 14.09.2026 [21:51]