Birinci yarımildə Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi 748 milyon dolları ötüb
Bakı, 15 sentyabr, AZƏRTAC
Bu ilin altı ayında Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi 748,464 milyon dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov altı ayın yekunlarına dair tədiyə hesabatının açıqlanmasına dair brifinqdə deyib.
O bildirib ki, hesabat dövründə ölkədən xaricə köçürülmüş pul baratlarının həcmi isə 207,878 milyon dollar olub.
“Ölkəyə daxil olan pul baratlarının əsas mənbəyi Rusiya olub. Növbəti yerlərdə Türkiyə, ABŞ, İrlandiya, Gürcüstan və s. olub. Ölkədən xaricə göndərilən pul baratlarının əsas istiqamətləri isə Türkiyə, ABŞ, Rusiya, Gürcüstan və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı və s. olub”, - deyə Samir Nəsirov vurğulayıb.
Foto - Xanlar Əlizadə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [11:13]
Mərkəzi Bank: Cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb
- 15.09.2026 [10:44]
® “Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
- 15.09.2026 [09:59]
Birjalarda neftin bahalaşması davam edir VİDEO
- 15.09.2026 [09:57]