Sabah günün ikinci yarısından bəzi rayonlarda yağış yağacaq
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycanda sentyabrın 16-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 18-22, gündüz 28-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mmillimetr civə sütunu, nisbi rütubət gcə 70-75, gündüz 45-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısından bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 22-27 dərəcə isti olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [12:25]
Bəzi yerlərdə duman olacaq
- 13.09.2026 [14:49]
Lənkəran-Astara zonasında qısamüddətli leysan olub – FAKTİKİ HAVA
- 12.09.2026 [12:46]
Sabahın hava proqnozu açıqlanıb
- 11.09.2026 [16:56]