Azərbaycan Dövlət İnformasiya Agentliyi

Süni intellekt insanlığı məhv edə bilərmi? Alimlərdən təhlükə siqnalı

Süni intellekt insanlığı məhv edə bilərmi? Alimlərdən təhlükə siqnalı

Paris, 15 sentyabr, AZƏRTAC

Süni intellektin sürətli inkişafı onun gələcəkdə insan nəzarətindən çıxa və bəşəriyyət üçün ciddi təhlükə yarada biləcəyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. “Anthropic” şirkətində çalışan britaniyalı tədqiqatçı Jakob Koksonun istefası və səsləndirdiyi sərt xəbərdarlıq bu müzakirələri daha da gücləndirib.

AZƏRTAC xəbər verir ki, Kokson “Anthropic”dən ayrıldıqdan sonra “X” sosial şəbəkəsində süni intellekt şirkətlərinin özünü təkmilləşdirə bildiyini və insanlardan daha ağıllı sistemlər yaratmaq istiqamətində sürətlə irəlilədiyini bildirib. Onun fikrincə, bu yarış yaxın gələcəkdə insan nəzarətindən çıxa biləcək sistemlərin yaranmasına səbəb ola bilər.

Narahatlıq yalnız bir tədqiqatçı ilə məhdudlaşmır. BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk də mümkün “bəşəriyyət üçün ekzistensial təhlükə” barədə xəbərdarlıq edərək daha ciddi qoruyucu mexanizmlərin yaradılmasına çağırıb. İyulun sonunda isə süni intellekt sektorunda çalışan mindən çox əməkdaş gələcək modellərin inkişafına daha sərt məhdudiyyətlər qoyulmasını tələb edib.

Mütəxəssislər hazırkı “ChatGPT” və “Claude” kimi sistemlərin hələ superintellekt səviyyəsindən uzaq olduğunu bildirirlər. Bununla belə, onlar artıq yeni süni intellekt modellərinin hazırlanmasında istifadə olunur.

Süni intellektin təhlükəsizliyi üzrə mütəxəssis Şarbel-Rafael Söjeri hesab edir ki, modellərin tədqiqat prosesini sürətləndirmək qabiliyyəti getdikcə artır. Onun sözlərinə görə, bəzi modelləşdirmələr superintellektin 2028-ci ilə qədər ortaya çıxa biləcəyini göstərir, lakin bu proqnozla bağlı qeyri-müəyyənlik çox böyükdür.

Digər tərəfdən, Côte d’Azur Universitetinin professoru Simon Vannuçini bu cür ssenarilərə daha ehtiyatla yanaşır. Onun fikrincə, süni intellektin tədqiqat prosesini sürətləndirməsi onun avtomatik şəkildə özünü təkmilləşdirə bilməsi demək deyil. Alim hesab edir ki, süni intellekt inkişafı müəyyən mərhələdə “qabiliyyət tavanına” çata bilər.

Nəzarətin itirilməsi artıq müşahidə olunur

Bununla belə, bəzi təcrübələr süni intellekt sistemlərinin gözlənilməz davranışlar göstərə bildiyini ortaya qoyub. “Anthropic”in apardığı sınaqlarda bəzi modellər özlərinin dəyişdiriləcəyini öyrəndikdən sonra şantaja əl atıblar. Lakin Sorbonna Universitetinin professoru Jan-Qabriel Qanasiya belə təcrübələrin nəzarət olunan və süni şəraitdə keçirildiyini xatırladır.

Daha ciddi hadisələr isə kibertəhlükəsizlik sınaqları zamanı qeydə alınıb. Bəzi süni intellekt agentləri onlara nəzərdə tutulmayan internetə çıxış əldə edərək real sistemlərdə zəifliklərdən istifadə etməklə onlarla serverdə kod icra ediblər. Bəzi agentlər hətta administrator səviyyəsində giriş imkanları əldə ediblər.

Ekspertlər bunun süni intellektin gələcəkdə kiberhücumlar, informasiya sistemlərinin sıradan çıxarılması və digər təhlükəli fəaliyyətlər üçün istifadə olunması riskini artırdığını bildirirlər.

Bununla yanaşı, professor Simon Vannuçini hesab edir ki, belə sistemlərin fəaliyyəti hələ də mahiyyət etibarilə zərərli proqramların iş prinsipindən çox fərqlənmir və əsas məsuliyyət onları yaradan və istifadə edən insanlardadır.

2026-cı il üzrə Beynəlxalq Süni İntellekt Təhlükəsizliyi Hesabatına görə, hazırkı sistemlər hələ davamlı şəkildə insan nəzarətindən yayınmaq, uzunmüddətli mürəkkəb planlar həyata keçirmək və onları dayandırmaq cəhdlərinə müqavimət göstərmək imkanına malik deyil. Lakin gələcəkdə bunun mümkün olub-olmayacağı barədə ekspertlər arasında ciddi fikir ayrılığı qalır.

Süni intellektin internetdə özünü yayması, kompüterlər arasında surətini çıxarması və əlavə hesablama resursları əldə etməsi mümkün ssenarilər sırasında göstərilir. Digər narahatlıq doğuran istiqamətlərdən biri isə biologiyadır. Ekspertlərin fikrincə, süni intellekt gələcəkdə bioloji tədqiqatları və təhlükəli patogenlərin hazırlanmasını asanlaşdıra bilər.

Bununla belə, bəzi alimlər süni intellektin bəşəriyyəti məhv edə biləcəyi barədə xəbərdarlıqların texnologiya şirkətlərinin öz imkanlarını nümayiş etdirmək vasitəsinə də çevrilə biləcəyini düşünürlər. Belə yanaşmaya görə, şirkətlər bir tərəfdən texnologiyanın nə qədər güclü olduğunu göstərir, digər tərəfdən isə onun təhlükələrinə nəzarət edə biləcək əsas aktorlar kimi özlərini təqdim edirlər.

Beləliklə, süni intellektin bəşəriyyət üçün ekzistensial təhlükəyə çevrilib-çevrilməyəcəyi hələ açıq sualdır. Lakin texnologiyanın sürətli inkişafı onun təhlükəsizliyi, insan nəzarəti və gələcək modellərə qoyulacaq məhdudiyyətlər barədə müzakirələrin getdikcə daha da aktuallaşmasına səbəb olur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Laçında məktəblərdə ilk zəng çalınıb FOTOLAR

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

“SABAH.city” - Azərbaycanda bilik iqtisadiyyatına keçidin strateji modeli

“Kəpəz” azarkeşlərinə görə cərimələnib

® “PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim edilib

Qarabağ bölgəsindəki ümumi təhsil müəssisələrində 85 min 697 şagird təhsil alacaq

Qarabağ və Şərqi Zəngəzura səfər xarici diplomatlara bölgədəki reallığı yerində müşahidə etməyə imkan yaradır ŞƏRH

Gürcüstanın xarici ticarət dövriyyəsi 17 milyard dolları ötüb

Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda təlim başlayıb

Azərbaycan etnoqrafiyasının izi ilə: Gürcüstanda nəşr olunan "Kavkaz" qəzeti

Paytaxtın 21 nömrəli tam orta məktəbində Bilik Günü qeyd olunub VİDEO

Paytaxtın 21 nömrəli tam orta məktəbində Bilik Günü qeyd olunub VİDEO

Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib

Gövhər Baxşəliyeva: Sufizm Azərbaycanın mənəvi həyatında böyük rol oynayıb

Sabah günün ikinci yarısından bəzi rayonlarda yağış yağacaq

Şəmkirdə Bilik Günü: Əhməd Cavad adına məktəbin yeni korpusu istifadəyə verilib

Rumıniyanın ali müftisi: Seyid Yəhya Bakuvinin fikirlərini gənc nəsillərə çatdırmaq bizim vəzifəmizdir

Konqoda Ebola virusuna yoluxanların sayı 7200-ü ötüb

Ökü kurqanlarında maraqlı arxeoloji tapıntılar üzə çıxarılıb

Gürcüstan hökumətinin tərkibində yeni kadr dəyişikliyi olub

Şükürbəyli kənd tam orta məktəbində 33 ildən sonra ilk zəng çalınıb FOTOLAR

Məcnun Məmmədov: Azərbaycanın müasir aqrar modelinin formalaşdırılması üçün yüksək ixtisaslı kadrlara böyük ehtiyac var

Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatına yekun vurulub

Nazirlik: ƏMAS-da 72 minə yaxın aktiv vakansiya mövcuddur

Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib

BMT eksperti: Zəhərli kimyəvi maddələr “bir çox, hətta bütün insan hüquqları” üçün təhlükə yaradır

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib YENİLƏNƏCƏK VİDEO

Süni intellekt insanlığı məhv edə bilərmi? Alimlərdən təhlükə siqnalı

DSMF-nin 8 ay üzrə gəlir və xərcləri açıqlanıb

“Pullu komediya” tamaşasının məşqləri davam edir

Səməd Vurğunun qızı: Uşaqlıq illərimin ən isti xatirələri atamla bağlıdır

İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü - FOTOLARDA

Pakistanlı alim: Tarazlıq və mötədillik İslamın gözəlliyidir

Bu il muxtar respublikada 49 mindən çox şagird təhsil alacaq VİDEO

Bu il muxtar respublikada 49 mindən çox şagird təhsil alacaq VİDEO

Azərbaycan dili müəllimi: “Zəif şagird” ifadəsini doğru qəbul etmirəm

Bu saata olan əsas xəbərlər

Türkiyə Prezidentinin baş müşaviri: Həmrəyliyin daha da güclənməsi Türk Dövlətləri Təşkilatının gələcəyindən xəbər verir

Azərbaycan millisinin basketbolçusu: Göstərə biləcəyimiz maksimum nəticəni əldə etdik

ICESCO "İslam dünyasının sivilizasiya platforması” adlı xüsusi proqramının hazırlanmasını başa çatdırıb

Fransada universitet ödənişləri beşqat arta bilər: tələbələr və ekspertlər üz-üzə

Bakı Dövlət Universitetində Bilik Günü qeyd olunub

Baş Kollektiv Saziş çərçivəsində işçilər hansı əlavə təminatlar əldə edəcəklər?

Yanvar-iyun aylarında Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 94 dollardan çox olub

Birinci yarımildə Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi 748 milyon dolları ötüb

İsveçrədə Azərbaycan mədəniyyəti təntənəsi: Montrö səhnəsində qala-konsert

Vəkillər məhkumlara növbəti dəfə hüquqi yardım göstəriblər

1918-ci il 15 sentyabr: Bakının azad edilməsi tarixinə bir nəzər

Burhanəddin Duran: Türk dünyasının ortaq ağıl və güclü həmrəyliklə hərəkət etməsi zamanın tələbidir VİDEO

Burhanəddin Duran: Türk dünyasının ortaq ağıl və güclü həmrəyliklə hərəkət etməsi zamanın tələbidir VİDEO

Qusarda Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlərlə bağlı monitorinqlər aparılıb

Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Yusif Mahmud əs-Siddiqi: Şeyx Şirvaninin mənəvi və fəlsəfi düşüncəsi qəlbi həqiqətə aparan yol kimi təqdim edir

Fərhad Pirinççi: Türk Dövlətləri Təşkilatı regional və qlobal miqyasda mühüm aktorlardan birinə çevrilib VİDEO

Fərhad Pirinççi: Türk Dövlətləri Təşkilatı regional və qlobal miqyasda mühüm aktorlardan birinə çevrilib VİDEO

Azərbaycan-Türkiyə münasibətlərinin müasir fəlsəfəsinin əsası - “Bir millət, iki dövlət”

Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilir VİDEO

Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilir VİDEO

Narkomanlığa qarşı mübarizə çərçivəsində bu il 234 maarifləndirici tədbir təşkil edilib

Elçin Babayev: BDU rəqabət qabiliyyətinə malik insan kapitalının yetişdirilməsi missiyasını uğurla yerinə yetirir

Direktor: 21 nömrəli məktəbdə 162 şagird üçün yeni təmayül modeli tətbiq olunacaq

Yardımlıda 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Yardımlıda 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Elnur Zeynalov: Muğam gecələri milli musiqi irsimizin təbliğində mühüm rol oynayır

“Neftçi”dən ayrılan Elvin Camalov “Qəbələ” ilə anlaşıb - EKSKLÜZİV

BMT Təhlükəsizlik Şurası Bab əl-Məndəb boğazındakı vəziyyəti müzakirə edəcək

Mərkəzi Bank: Cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb

Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqlayıb

Mustafa Aşurov: Dahi bəstəkarlarımızın miras qoyduğu musiqi ənənələrini yaşadırıq

Tural Gəncəliyev: Qarabağ və Şərqi Zəngəzura qayıdış daha da intensivləşəcək

Astaranın bəzi kəndlərində qaz təchizatı dayandırılıb, Yardımlıda isə fasilə yaranacaq

Nazirlik rəsmisi: Növbəti tədris ilində təhsillə yanaşı, tərbiyə məsələləri də ön plana çəkiləcək

İctimai Şuranın üzvü: Yeni Dövlət Proqramı qida təhlükəsizliyi sisteminin daha da güclənməsini təmin edəcək

Birincilər ilk dərs günündə nələr danışdılar? VİDEO

Birincilər ilk dərs günündə nələr danışdılar? VİDEO

Beynəlxalq konfransın iştirakçısı: Bakıda keçirilən tədbir Şeyx Seyid Yəhya Bakuvinin irsinə diqqəti artıracaq

Çinli ekspert: Orta Dəhliz Azərbaycanın regional logistika qovşağı kimi rolunu gücləndirə bilər

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qolunu vurub

“Sabah” mövsümə rekordla başladı – 4 oyuna 11 cavabsız qol

Nazir Anar Əliyev Qusarda vətəndaş müraciətlərini dinləyəcək

“Neftçi” Premyer Liqada 12 mövsümün rekordunu təkrarlayıb

Professor İlham Məmmədzadə: Bakı zəfəri Azərbaycan–Türkiyə qardaşlığının tarixi ifadəsidir

Ayətullah: Azərbaycan İslam elmlərinin beşiyi olub

Ötən gün 48 cinayətin açılması təmin olunub

Nigerli futbolçu: “Zirə”nin hədəfi həm yüksək pillələr, həm də kubokdur - MÜSAHİBƏ

Fransada balıqçılar yanacağın bahalaşmasına görə neft terminalını blokadaya alıblar

Finlandiya Fransanın nüvə çəkindirmə təşəbbüsünə qoşulur

® “Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

Quba-Xaçmaz regionu üzrə 6350 şagird birinci sinfə qədəm qoyub

Fransada uşaqların sosial şəbəkələrə girişinin qadağan edilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb VİDEO

Fransada uşaqların sosial şəbəkələrə girişinin qadağan edilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb VİDEO

15 Sentyabr – Bakı Zəfəri Azərbaycan dövlətçiliyinin tarixində dönüş nöqtəsidir

Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir

Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə qədəm qoyub VİDEO

Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə qədəm qoyub VİDEO

Milli Kitabxanada “15 Sentyabr – Bilik Günü” adlı sərgi istifadəçilərə təqdim olunub

Cəlilabad və Masallı ərazisində güclü duman müşahidə olunur – Görünüş məsafəsi 100 metrdir

Filippində sərnişin bərəsində baş vermiş yanğın nəticəsində 12 nəfər itkin düşüb VİDEO

Filippində sərnişin bərəsində baş vermiş yanğın nəticəsində 12 nəfər itkin düşüb VİDEO

Bakıda Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans davam edir

Birjalarda neftin bahalaşması davam edir VİDEO

Birjalarda neftin bahalaşması davam edir VİDEO

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Paytaxtın Yasamal rayonunun bu küçələrinin qaz təchizatında fasilə olacaq

Hafiz Paşayev: Yaxşı vətəndaş ibtidai məktəbdən yetişməlidir

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Azərbaycan neftinin qiyməti 127 dolları ötüb VİDEO

Azərbaycan neftinin qiyməti 127 dolları ötüb VİDEO

Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırıb

Nazir: Bu il şəhər məktəblərində I sinif uşaqlarının böyük əksəriyyəti məktəbəhazırlıq qruplarından gəlir VİDEO

Nazir: Bu il şəhər məktəblərində I sinif uşaqlarının böyük əksəriyyəti məktəbəhazırlıq qruplarından gəlir VİDEO

Bakının 7 prospektində və 11 küçəsində “Yaşıl dalğa” rejimi tətbiq edilir

BDU-da yeni tədris ili başlayıb