Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xan sarayından sənətkarlar küçəsinə - Qonaq-qaralı Şəkidən reportaj

Şəki, 15 sentyabr, AZƏRTAC

Şəki ilin bütün fəsillərində qonaq-qaralı olur. Adətən sentyabr ayında turist axınında bir qədər səngimə hiss olunsa da, bu il elə deyil.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yerli və xarici qonaqlar Şəkinin zəngin tarixi və mədəni irsi ilə tanış olmaq üçün buraya gəlməkdə devam edirlər. 283 hektar ərazini əhatə edən “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu isə Şəki şəhərinin hündür, tarixi hissəsində yerləşir və açıq səma altındakı muzey kimi qapılarını ziyarətçilərin üzünə açır. İlin istənilən fəslində “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun giriş qapısını belə canlı və mənzərəli görmək mümkündür.

“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun tağlı qapısından daxil olub bir neçə metr addımladıqda hər kəsi Şəkidən olan qocaman ağsaqqalın balaban ifası qarşılayır. Millətindən asılı olmayaraq, hər kəs bir anlıq ayaq saxlayıb bu həzin səsi dinləyir, onun sehrinə dalır.

Qeyd edək ki, qoruq ərazisinə Şəki Xan sarayının yerləşdiyi Qala divarları, karvansaraylar və müxtəlif sənətkarlıq dükanlarının yer aldığı əsas “alış-veriş” küçəsi daxildir. Bu küçənin ətrafında hələ də öz qədim adlarını qoruyub saxlayan məhəllələr var: Gileyli, Qırıçı, Qullar, Duluzlar, Aqvanlar, Otaq eşiyi, Sarı torpaq və s. Ərazidə, həmçinin Şəkixanovların evi, tarixi məscidlər və hamamlar yerləşir.

Cənubi Qafqazın ilk və tək keramika mərkəzi də Xan sarayı ilə üzbəüz fəaliyyət göstərir. ABAD-ın həyətində Şəki sənətkarlarının keramikadan hazırladığı əl işlərinə heyranlıqla tamaşa edən qonaqlarla həmsöhbət oluruq. Belarusdan gələn İrina Volşak təəssüratlarını belə bölüşür: “Tarixi bir şəhərdə olmaq çox sevindiricidir. Paytaxt Bakı müasir meqapolisə çevrilib, burada isə qədimliklə müasirlik vəhdət təşkil edir. Şəkinin tarixi ərazisini, qala divarlarını gəzmək insanı sanki keçmişə aparır. Ekskursiyamız davam edir”. İrina xanım onu da əlavə edir ki, zəngin milli mətbəxinə görə Azərbaycan xüsusilə seçilir.

Belarusdan gələn digər qonaq Andrey Domoqolski də tarixi abidələrlə yanaşı, sənətkarların emalatxanalarında hazırlanan nadir əl işlərindən məmnun qaldığını bildirir: “Bu, bizim Azərbaycana ikinci səfərimizdir. İnanıram ki, bu səfərlərin davamı olacaq. Çünki biz ölkənizi və insanlarınızı çox sevdik. Özümüzü evimizdəki kimi təhlükəsiz və rahat hiss edirik. Ümid edirəm ki, siz də Belarusa gələcək, mədəniyyətimiz, tariximiz və mətbəximizdən zövq alacaqsınız”. Andrey iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından da məmnunluğunu ifadə edir.

ABAD Keramika Mərkəzinin həyəti sakit və hüzurverici olduğu üçün əksər qonaqlar burada ayaq saxlayıb dincəlirlər. Almaniyadan gələn turist Mişel Ştayhayn səhərin erkən saatlarında gəzintiyə çıxdığını deyir. Dostları ilə Qala divarları, Xan sarayının qarşısında əsrlərdən bəri əzəmətlə dayanan binalarla yanaşı, şəbəkə, kəlağayı, xovlu tikmə, təkəlduz və papaqçılıq kimi sənətkarlıq emalatxanalarını gəzib tanış olublar. Almaniyalı qonaq dağların əzəmətinin bu tarixiliyə xüsusi rəng qatdığını vurğulayır.

Əslən Şuşadan olan İnci Məhərrəmova da yerli sənətkarların əl işlərini xüsusi bəyəndiyini bildirib. O, ikinci dəfədir keramika ustalarının yanına gəldiyini və onların işini izləməkdən xüsusi zövq aldığını deyir. Şəkiyə dəfələrlə səfər etdiyini söyləyən İnci xanım bu dəfə Keramika Mərkəzində sənətkarlarla birgə əl işləri hazırlamaqda da iştirak edib: “Özüm Şuşadanam, ancaq Şəkini bu dəfə başqa cür kəşf etdim. Yeməklərindən tutmuş gəzinti yerlərinə qədər hər şey möhtəşəmdir”.

Şəkinin tarixi məkanlarını gəzərkən onlarla yerli və xarici qonaqla qarşılaşmaq, onlardan xoş sözlər və unudulmaz təəssüratlar eşitmək mümkündür.

Qeyd edək ki, şəhərin tarixi hissəsi Şəki Xan sarayı ilə birlikdə 2019-cu ildə UNESCO-nun “Dünya Mədəni İrsi” siyahısına daxil edilib. 2020-ci ildə isə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə qoruğa milli status verilib. Əsrlərin şahidi olan qoruğun ərazisində dövlət tərəfindən mühafizə edilən, dünya, ölkə və yerli əhəmiyyətli 83 tarix və memarlıq abidəsi var.

Müxbir - Rasim İslamoğlu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” VİDEO

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” VİDEO

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey şagirdlərinin etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir VİDEO

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir VİDEO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır