Ümumdünya Şahmat Olimpiadasının məşəlinin estafeti Özbəkistana ötürülüb
Bakı, 15 sentyabr, AZƏRTAC
Hindistanda ənənəvi şahmat məşəlinin estafet mərasimi keçirilib. Tədbir çərçivəsində rəmzi məşəl özbək şahmatçısı Cavohir Sindarova təqdim olunub.
AZƏRTAC “yuz.uz” portalına istinadla xəbər verir ki, məşəl Cavohir Sindarova FIDE-nin prezidenti vəzifəsini icra edən Vişvanatan Anand və Hindistan Şahmat Federasiyasının prezidenti Nitin Naranq tərəfindən təqdim edilib.
Mərasimdən sonra rəmzi məşəl Özbəkistana yola salınıb. Məşəl 46-cı Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi Səmərqəndə aparılacaq.
Qeyd edək ki, bu məşəl dünya şahmat ictimaiyyətinin varisliyi və birliyinin rəmzidir. Məşəlin estafeti ənənəvi olaraq Ümumdünya Şahmat Olimpiadasına hazırlıq tədbirlərinin bir hissəsidir.
46-cı Ümumdünya Şahmat Olimpiadasında dünyanın müxtəlif ölkələrinin şahmat federasiyalarının nümayəndələri Səmərqənddə bir araya gələcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [16:16]
Xorvatiyada ilk hibrid elektro-dizel qatarı istifadəyə verilib
- 15.09.2026 [15:12]
Gürcüstanda daha bir müxalifət partiyası ləğv oluna bilər
- 15.09.2026 [14:25]
İsrail ordusu “Hizbullah”a məxsus 32 raketi məhv edib
- 15.09.2026 [13:32]
Mərmərə dənizində batan gəminin kapitanının cəsədi tapılıb
- 15.09.2026 [12:59]
Gürcüstanın xarici ticarət dövriyyəsi 17 milyard dolları ötüb
- 15.09.2026 [12:36]
Konqoda Ebola virusuna yoluxanların sayı 7200-ü ötüb
- 15.09.2026 [12:35]