"LANDAU Lions"un basketbolçusu: “VEF Riqa” ilə oyuna kifayət qədər hazır deyildik
Bakı, 15 sentyabr, AZƏRTAC
“VEF Riqa” çox yaxşı oyun keçirdi və komanda şəklində uğurlu çıxış etdi. Lakin biz bu oyuna kifayət qədər hazır deyildik. Qarşılaşmadan əvvəl real hazırlıq keçmək imkanımız olmadı və bu da özünü göstərdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında FIBA Çempionlar Liqasının II təsnifat mərhələsində Latviyanın “VEF Riqa” klubuna 88:105 hesabı ilə məğlub olan Azərbaycanın "LANDAU Lions" komandasının basketbolçusu Ceyms Freyzer deyib.
Amerikalı oyunçu bildirib ki, rəqibin oyunu onları təəccübləndirməyib: “Bizi təəccübləndirən heç nə olmadı. Sadəcə, rəqib bizdən üstün oynadı”.
Ceyms Freyzer komandanın qarşıdakı hədəflərindən də danışıb.
“Komanda olaraq məqsədlərimiz var. FIBA Kubokunda nəyə nail olmaq istədiyimizi bilirik. Lakin bunlar komandanın daxilində qalacaq. Daxili çempionatda isə hər şeyi qazanmağa çalışacağıq. Məqsədimiz budur”, - deyə basketbolçu əlavə edib.
Qeyd edək ki, "LANDAU Lions" yoluna Avropa Kubokunun G qrupunda davam edəcək.
Müxbir – Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [14:30]
“Araz-Naxçıvan” 2 legioner futzalçı transfer edib
- 15.09.2026 [13:30]
"Karvan-Yevlax" heyətinə yeni hücumçu cəlb edib
- 15.09.2026 [13:05]
“Kəpəz” azarkeşlərinə görə cərimələnib
- 15.09.2026 [12:25]
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatına yekun vurulub
- 15.09.2026 [11:15]