Almaniyada fəaliyyət göstərən azərbaycanlı boksçu Argentina təmsilçisi ilə qarşılaşacaq
Berlin, 15 sentyabr, AZƏRTAC
Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvü, soydaşımız Kənan Hüseynəliyev növbəti peşəkar döyüşünə çıxmağa hazırlaşır.
AZƏRTAC xəbər verir ki, həmyerlimiz oktyabrın 10-da keçiriləcək möhtəşəm boks gecəsində Argentina təmsilçisi Leonardo Baez ilə qarşılaşacaq.
Qarşılaşma Almaniyanın Aşersleben şəhərindəki “Ballhaus in Aschersleben" idman kompleksində keçiriləcək.
“Odlar Yurdu” boks klubunun rəhbəri və Kənan Hüseynəliyevin məşqçisi Azad Əzizov yetirməsinin bu ciddi sınaqda uğur qazanacağına əmin olduğunu bildirərək, qarşılaşmaya çox ciddi hazırlaşdıqlarını vurğulayıb.
Klub rəhbəri Almaniyada yaşayan soydaşlarımızı arenaya gələrək, qarşılaşmanı izləməyə və Kənana dəstək nümayiş etdirməyə çağırıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [14:49]
Astana 2028-ci ildə UEFA Superkuboku matçına ev sahibliyi edəcək
- 15.09.2026 [14:30]
“Araz-Naxçıvan” 2 legioner futzalçı transfer edib
- 15.09.2026 [13:30]
"Karvan-Yevlax" heyətinə yeni hücumçu cəlb edib
- 15.09.2026 [13:05]
“Kəpəz” azarkeşlərinə görə cərimələnib
- 15.09.2026 [12:25]