Ünvanlı dövlət sosial yardımı alan ailələrin uşaqlarına məktəb ləvazimatları hədiyyə olunub
Bakı, 15 sentyabr, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçirilən “Məktəbli çantası – 2026” layihəsi çərçivəsində Bakı şəhərində yaşayan və ünvanlı dövlət sosial yardımı alan ailələrin 2026–2027-ci tədris ilində I sinfə gedən 50 övladına məktəbli çantası və zəruri dərs ləvazimatları hədiyyə olunub.
DMSF-dən AZƏRTAC-a verilən məlumata görə, layihənin məqsədi aztəminatlı ailələrə sosial dəstək göstərmək, onların birinci sinfə gedən övladlarının yeni tədris ilinə hazırlığına töhfə vermək və birinciləri təlim-tədris prosesinə həvəsləndirməkdir.
Tədbir çərçivəsində uşaqlar üçün nahar təşkil olunub, onların asudə vaxtının səmərəli və əyləncəli keçirilməsi təmin edilib.
Layihə DSMF və “Papa Johns Azərbaycan” restoranlar şəbəkəsinin əməkdaşlığı ilə həyata keçirilib.