Formula 1: Maks Ferstappen pilotların reytinqində birinci yeri tutub
Bakı, 29 dekabr, AZƏRTAC
Formula 1 üzrə dünya çempionatının nəticələrinə əsasən, “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen pilotların reytinqində birinci yeri tutub.
AZƏRTAC xəbər verir ki, bu barədə Formula 1-in mətbuat xidməti məlumat yayıb.
Sorğu Formula 1 sürücüləri arasında keçirilib və iştirakçıların hər biri 10 pilota səs verib. Sürücülərin xalları Formula 1-də mövcud hesablama sisteminə əsasən hesablanıb. Sorğuda ikinci yeri “Mercedes”in britaniyalı pilotu Luis Hamilton tutub. Üçüncü yerdə isə onun həmyerlisi, “McLaren”də çıxış edən Lando Norris qərarlaşıb. Bundan əvvəl komandaların rəhbərləri tərəfindən M.Ferstappen mövsümün ən yaxşı sürücüsü seçilib.
Qeyd edək ki, niderlandlı sürücü 2017-2020-ci illərdə çempionluq qazanan L.Hamiltonun qələbə seriyasını qıraraq karyerasında ilk dəfə dünya çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]