FÖVQƏLADƏ HALLAR NAZİRİ MÜLKİ MÜDAFİƏ ALAYINDA OLMUŞDUR
Bayram münasibətilə şəxsi heyəti təbrik edən Kəmaləddin Heydərov bildirmişdir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılan Fövqalədə Hallar Nazirliyi ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların xilasetmə və bərpa işləri üzrə fəaliyyətinin bir mərkəzdən əlaqələndirilməsini təmin edən orqandır. Ötən qısa müddət ərzində nazirliyin formalaşması ilə bağlı görülən işlərdən danışan Kəmaləddin Heydərov yaranan problemlərin dərhal aradan qaldırılması üçün fəaliyyətin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini irəliyə doğru atılan addım kimi səciyyələndirmiş, kollektivi cəmiyyətin təhlükəsizliyi naminə işə daha ciddi və məsuliyyətli yanaşmağa çağırmışdır.
Sonra nazir Biləcəri qəsəbəsindəki mülki müdafiə alayına gəlmişdir. Burada bayram münasibətilə təntənəli mərasim keçirilmişdir. Kəmaləddin Heydərov alayın əsgər, çavuş və zabit heyətinə vətən qarşısında xidməti borcunu şərəflə yerinə yetirməyin mahiyyətindən danışaraq demişdir: “Azərbaycan xalqı, Azərbaycan Prezidenti əmin ola bilər ki, Fövqəladə Hallar Nazirliyinin sıravi əsgərindən tutmuş, generalınadək hamı bir nəfər kimi Azərbaycanın təhlükəsizliyi naminə mübariz olmağı bacarır və bu yolda vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirməyə hər zaman hazırdır.”
Alayın əsgər və zabit heyətinin sıra keçidi olmuşdur. Daha sonra əsgərlər nazir, general-polkovnik Kəmaləddin Heydərovla birgə nahar etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]