FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ VƏ QIZIL AYPARA CƏMİYYƏTİ ARASINDA MEMORANDUM İMZALANMIŞDIR
Ölkəmizin Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış yeni nazirliyin vəzifələrindən danışan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qurumun təşkili məsələsində Türkiyə, Rusiya, Fransa, Ukraynanın təcrübələrinin öyrənildiyini və nəhayət, daha çevik Rusiya modeli üzərində dayanıldığını diqqətə çatdırmışdır. Nazir AQAC ilə imzalanacaq sənədə əsasən, fövqəladə hadisələrə birgə reaksiya verəcəklərini, əməkdaşlığın səmərəliliyi üçün işçi qrupunun yaradılmasının vacibliyini bildirmişdir.
AQAC-nin prezidenti Novruz Aslanov təşkilatın 250 minə yaxın üzvü, 14 mindən çox konüllülərinin olduğunu, onların ölkənin bütün bölgələrində, imkan daxilində, mobil texniki dəstələr yaratdığını diqqətə çatdırmışdır. Əməkdaşlıqda aparıcı rolun nazirliyə məxsus olacağını söyləyən N.Aslanov beynəlxalq təşkilatların müvafiq vəsaitlərinin Azərbaycana daxil olmasında cəmiyyətin yardımçı olacağını qeyd etmişdir.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Martin Amaşer sənədin imzalanması mərasimində iştirakından məmnunluğunu bildirmiş, baş verə biləcək fövqəladə hadisələr zamanı AQAC-nin nazirliyə yaxın köməkçi olacağına əminliyini vurğulamışdır.
Sənədi Azərbaycan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov imzalamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]