Fövqəladə Hallar Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Nazirliyin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla anılıb.