CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti “Təhlükəsiz Qafqaz-2014” adlı beynəlxalq təlimdə iştirak edib
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin başçılıq etdiyi nümayəndə heyətinin iştirak etdiyi “Təhlükəsiz Qafqaz-2014” adlı beynəlxalq təlim Gürcüstanın Kvemokartli bölgəsindəki Yalquca poliqonunda keçirilib.
Təlimdə Gürcüstanın Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi və “British Petroleum” şirkətinin nümayəndələri də iştirak ediblər.
Təlimin əsas məqsədi Gürcüstan ilə Azərbaycan arasında əməkdaşlıq çərçivəsində xilasetmə işlərinin, genişmiqyaslı fövqəladə hallar zamanı qarşılıqlı yardımın təşkili məsələlərindən ibarət olub.
“British Petroleum” şirkəti ilə imzalanmış saziş çərçivəsində quruda və dənizdə neft dağılmalarının aradan qaldırılmasına yönəlmiş birgə tədbirlərin həyata keçirilməsi üzrə əməliyyatlar da həyata keçirilib.