FRANSA AZƏRBAYCANI ÖZ ENERJİ TƏHLÜKƏSİZLİYİNİ TƏMİN EDƏCƏK ÖLKƏ KİMİ GÖRÜR
Fransa Azərbaycanı öz enerji təhlükəsizliyini təmin edəcək ölkə kimi görür.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 17-də jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Qabriel Keller demişdir.
Ölkəsinin və Avropa İttifaqının bu mövzuda Azərbaycanla danışıqlar apardığını vurğulayan diplomat “Nabukko” layihəsinə də münasibət bildirmişdir. O demişdir ki, Fransa hökuməti layihə ilə maraqlansa da, onun üçün maliyyə vəsaiti ayırmaq niyyətində deyildir. “Nabukko” şirkətlərin layihəsidir və Fransanın “Total” şirkəti də bu layihənin reallaşmasında iştirak etməkdə maraqlıdır.
Səfir bəyan etmişdir ki, Fransa Avropa İttifaqına sədrlik edən ölkə kimi Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün müvafiq işlər görür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]