Fransa Reünyondakı hərbi mövcudluğunu artırmağı planlaşdırır
Paris, 22 aprel, AZƏRTAC
2018-ci ildən Fransa Avropalaşan Hind-Sakit Okean strategiyasını qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Reünyon (Reunion) adasında səfərdə olan Prezident Emmanuel Makron bildirib. O qeyd edib ki, rəsmi Paris Hind okeanında Fransa departamenti olan Reünyondakı hərbi mövcudluğunu artırmağı (1600 hərbçidən 1800-dək) planlaşdırır.
Yelisey Sarayının "X" hesabında paylaşılan açıqlamada qeyd edilib: “Biz son illər çoxlu hərbi və diplomatik resurs yerləşdirmişik və bu, artım davam edəcək. Çünki hazırda tətbiq olunan hərbi yenidənqurma qanununda Hind okeanında olan Reünyonda əsgərlərin sayını təxminən 200 nəfər artıracağıq".
Hind okeanı turu çərçivəsində Madaqaskar səfərinə toxunan Makron Fransanın bu ərazilərdəki yerini, birgə təlimlər, qida, təhsil, iqlim və ya iqtisadi təhlükəsizlik sahələrində regional əməkdaşlığı müdafiə etmək niyyətini də ifadə edib. Makronun bu regiona səfəri Mayotdan başlayıb. Qarşıdan gələn günlərdə o, Madaqaskara, sonra isə Qəmər adalarına gedəcək.
Xatırladaq ki, Fransanın Hind-Sakit Okean hövzəsindəki ərazilər də daxil olmaqla bir çox dənizaşırı əraziləri var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]
Fransada yanğınsöndürənlər tətilə başlayıblar
- 09.09.2026 [12:27]
BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb
- 09.09.2026 [11:59]
Çində sabiq qubernator 21,8 milyon dollarlıq rüşvətə görə edam olunacaq
- 09.09.2026 [11:30]